Əsas Səhifə > Cəmiyyət, Manşet > İCRA BAŞÇILARI: SEÇKİDƏN SONRA KİM GEDİR, KİM QALIR?

İCRA BAŞÇILARI: SEÇKİDƏN SONRA KİM GEDİR, KİM QALIR?


19-09-2013, 14:52
İCRA BAŞÇILARI: SEÇKİDƏN SONRA KİM GEDİR, KİM QALIR?
HAKİMİYYƏT YENİ DƏST-XƏTTƏ UYĞUNLAŞACAQ

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Şəkinin icra başçısı postunu tutan Elxan Usubovun Bakıya icra başçısı gətirmək istəyirlər. Bu qərarın isə prezident seçkilərindən sonra rəsmiləşməsi gözlənilir.

Xatırladaq ki, buna qədər həmin posta iddialılar sırasında ən şanslı namizəd kimi, hazırda Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalovun adı çəkilirdi. Qeyd olunurdu ki, Müdafiə Sənayesi Naziri postunu tutan qardaşı Yavər Camalovdan da dəstək alan Mərdan Camalovun bu arzusunu gerçəkləşdirə bilməsi kifayət qədər realdır. Amma Elxan Usubovu daha şanslı edən məqamların daha yüksək olduğu da söylənilir.

DİA.AZ-a məlumat verən bilgili mənbə iddia edir ki, ümumiyyətlə, prezident seçkilərindən sonra bir neçə rayonun rəhbərinin vəzifəsindən azad edilməsi nəzərdə tutulub. Onlardan ilk yerdə dayananı Xətai rayonunun icra başçısı Razim Məmmədovdur. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla kəllə-kəlləyə gəldiyi söylənilən Razim Məmmədovun qələminin qırıldığı deyilir.

Eyni qaydada Sabunçu rayonunun icra başçısının da vəzifəsindən azad ediləcəyi bildirilir. Onun yerinə isə hazırda Şirvan rayonuna rəhbərlik edən Mərdan Camalovun gətirilməsi gözlənilir.

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev isə artıq yaşı ilə əlaqədar vəzifəsinin öhdəsindən gələ bilmir və bu da «yuxarılar» tərəfindən nəzərə alınacaq. Mənbə iddia edir ki, Xaçmaza hazırda Yevlax rayonuna rəhbərlik edən Qoca Səmədovun gətirilməsi gözlənilir. Bu isə o deməkdir ki, Xaçmaz FHN şefinin nəzarət zonasına daxil ediləcək.

Vəzifəsindən alınacaqlardan biri isə Nizami Sadıqovdur. Mənbəmiz onunla bağlı maraqlı bir məqamı da açıqlayır. Bildirir ki, hazırda Ağdama rəhbərlik edən Nizami Sadıqovun barəsində cinayət işi də açıla bilər. Məlumatlara görə, icra başçısı böyük miqdarda büdcə vəsaitini mənimsəməkdə ittiham olunur. Doğrudur, əksər başçıların eyni ittihamla mühakimə olunmasına münbit şərait var. Amma Nizami Sadıqovun əndazəni aşdığı və bu zaman «yuxarıların» belə maraqlarını nəzərə almadığı iddia edilir.

DİA.AZ-ı bilgiləndirən qaynağın sözlərinə görə, Eyni zamanda Gədəbəy, Qazax və Ağstafa rayonlarının rəhbərlərinin də vəzifələrini itirəcəyi gözlənilir: «Bütün bu dəyişikliklərin seçkilərdən dərhal start götürməsi nəzərdə tutulub. Seçkidən sonra hakimiyyət Bakıda gedən proseslərə uyğun olaraq rayon rəhbərlərini də saf-çürük edəcək».

Geri qayıt