Əsas Səhifə > Güney Press, Araşdırma > RAUF HƏBİBOV YENİDƏN BAŞÇI OLMAQ İSTƏYİR

RAUF HƏBİBOV YENİDƏN BAŞÇI OLMAQ İSTƏYİR


19-09-2013, 16:21
RAUF HƏBİBOV YENİDƏN BAŞÇI OLMAQ İSTƏYİR
Quba hadisələrindən sonra vəzifəsindən azad edilən keçmiş icra başçısı Rauf Həbibov yenidən vəzifəyə qaytarıla bilər.

AZERİNFO.ORG etibarlı mənbədən əldə etdiyi məlumata görə seçkidən sonra Rauf Həbibov mükafatlandırıla bilər. Mənbəmizin iddiasına görə nəqliyyat naziri Ziya Məmmədovun komandasının üzvü olan Rauf Həbibov son günlər üzə çıxaraq düşmənlərinə “mən gəlirəm” mesajını verib.

Verilən məlumata görə seçkidən dərhal sonra Rauf Həbibov Beyləqan və yaxud İmişli rayonuna icra başcısı göndərilə bilər. Çünkü hal-hazırda hədəfdə olan və hakimiyyətin gözündən düşən İmişli rayonunun icra başcısı Vilyam Hacıyev və Beyləqanın İcra başcısı Vaqif Abdullayevin vəzifədən atılacağı dəqiqdir.

Mənbəmiz iddia edir ki, elə bu səbəbdən Ziya Məmmədov hərəkətə keçərək öz kadrlarını bu rayonlara icra başcısı təyin etdirəcək.

Geri qayıt