Əsas Səhifə > Sosial, Manşet > NİZAMİNİN BAŞÇISI BİR PARKI QORUYA BİLMİRMİ?
NİZAMİNİN BAŞÇISI BİR PARKI QORUYA BİLMİRMİ?20-09-2013, 10:06 |
RAYON ƏRAZİSİNDƏKİ HEYDƏR PARKI BU GÜN DƏHŞƏTLİ ÜNVANA ÇEVRİLİB DİA.AZ: -Bir qrup Nizami rayon sakini adından redaksiyamıza şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar DİA.AZ-a ünvanladıqları məktubda ilginc bir fakta toxunublar. Söhbət Azərbaycan ərazisində yaradılan, mərhum prezident Heydər Əliyevin adını daşıyan ilk parkın indiki durumundan gedir. Sakinlər bildirir ki, dəfələrlə həm Nizami rayonu ərazisindəki Heydər Parkının rəhbərliyinə və həm də Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqova şikayət etmələrinə baxmayaraq, bu gün sözügedən parkda baş verənlərə əncam çəkən yoxdur. Sakinlər yazır: «Təbii ki, bu park salınanda ətrafda yaşayan sakinlər sevindilər. Ən azından ona görə ki, gözəl bir istirahət yeri əldə etmişdilər. Amma yanıldıq. Çünki bu gün parkın ərazisi başdan-başa ayrı-ayrı iş adamlarına satıldığından hər yerdə kafe, restoran və çayxanalar fəaliyyət göstərir. Buna görə də kimsə ailəsi ilə birgə bu parkda dincəlməyə gələ bilmir. İçkili insanların əlindən kim ailəsini bu qan çanağına gətirə bilər ki, hər gün dava-dalaşdır. Yerli rəhbərliyə, həmçinin parkın rəhbərliyinə etdiyimiz şikayətlər isə qulaqardına vurulur». Sakinlər yazır ki, ən acınacaqlı olanı isə mərhum prezidentin adına olan sağyısızlıqdır: «Onun ruhunu nədən narahat edirlər ki? Bu gün bu park sanki barı xatırladır. Skamyalarda qızlarla oğlanların etdikləri hərəkətləri görən olsa, buranın Paris olduğu qənaətinə gələcək. Polis işçiləri də aldığı pulun müqabilində hər şeyə göz yumur. Xahiş edirik, bu parkdakı kafe və restoranlarla bağlı tədbir görülsün». Bütün tərəfləri dinləməyə hazırıq… Geri qayıt |