Əsas Səhifə > Güney Press, Araşdırma > DAHA BİR DEPUTATIMIZIN QOLLARI QANDALLANA BİLƏR

DAHA BİR DEPUTATIMIZIN QOLLARI QANDALLANA BİLƏR


20-09-2013, 12:41
DAHA BİR DEPUTATIMIZIN QOLLARI QANDALLANA BİLƏR
Bu ilin mayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıxarılan Ayaz Orucov haqqında cinayət işi açıla bilər.

Bu barədə daxil olan məlumatda bildirilir ki, cinayət işinin açılması millət vəkilinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışdığı zaman böyük korrupsiya və mənimsəmə hallarına yol verməsi ilə bağlıdır. Bu barədə DİA.AZ-a daxil olan məlumata əsasən Ayaz Orucov qaçqınlar üçün tikilən evlərin mebellə təchizatını ozünə məxsus olan «Espanyola» şirkətinə həvalə edib. Sənədlərdə 500 qədər qaçqın evinin «Espanyola» şirkəti tərəfindən mebellə təchiz oluqduğu göstərilsə də, heç də bütün evlər mebellə təchiz olunmayıb. Üstəlik hər bir evin sənədlərdə 5000 manatlıq mebellə təchiz olunduğu göstərilsə də, əslində 300-dən artıq evə 1000-1200 manat civarında mebel qoylub. Millət vəkilinin bu «əməliyyatdan» qazancı 1 milyon manatdan artıq olduğu bildirilr..

Məlumatı verən mənbəninin sözlərinə görə hazırda bu iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Ayaz Orucovun fəaliyyətinin yoxlanılmasını istəyən şəxs isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur. Məhz baş nazirin birinci keçmiş işçisini və müavini millət vəkilini böyük korrupsiya əməllərində ittiham edir.
Məlumata əsasən millət vəkilinin toxunulmazlığının ləğv olunması ilə bağlı seçkidən sonra Milli Məclisdə məsələ qaldırılması heç də istisna edilmir. Bundan başqa mənbəninin sözlərinə görə artıq «Azəreneji» ASC-ni elektrik avadanlığı ilə təchiz edən «Hidromaş» şirkətindəki payı da Ayaz Orucovdan alınır. Bunu üçün artıq müəyən tapşırıqların verildiyi qeyd olunur. Qeyd edək ki, Ayaz Orucovun qardaşı «Azəreneji» ASC-nin prezidenti Etibar Pirverdiyevlə yaxın qohumdur və Ayaz Orucov «Hidromaş» şirkətinin əsas payçılarından biridir.

Geri qayıt