Əsas Səhifə > Cəmiyyət, Manşet > RƏSMİ BAKI FRANSADAN ELŞAD ABDULLAYEVİ İSTƏDİ

RƏSMİ BAKI FRANSADAN ELŞAD ABDULLAYEVİ İSTƏDİ


20-09-2013, 15:58
RƏSMİ BAKI FRANSADAN ELŞAD ABDULLAYEVİ İSTƏDİ
KEÇMİŞ REKTOR HƏBS OLUNA BİLƏR

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev yaxın günlərdə həbs oluna bilər. Bu ilginc məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələr ötürüb.

Verilən xəbərə görə, Elşad Abdullayevlə bağlı Azərbaycan dövləti adından Fransa hökumətinə rəsmi müraciətin edilməsi gözlənilir: «Doğrudur, Elşad Abdullayev interpol vasitəsilə beynəlxalq axtarışa verilib. Amma buna qarşılıq olaraq keçmiş rektor Fransa polisinə özünün durumu ilə bağlı fərqli izahatlar verərək həbsini önləməyə müvəffəq olub.

Yəni o, izahatında göstərib ki, Azərbayanda məhz fərqli düşüncəsinə görə təqib olunub və bu səbəbdən rəhbər olduğu universitetin fəaliyyətinə belə qadağa qoyulub. Hələlik bu istiqamətdə Fransanın hüquq-mühafizə orqanlarında yekun qərar olmadığından Elşad Abdullayevin Fransa ərazisində hərəkəti əngəlsiz həyata keçirilir».

Mənbəmiz iddia edir ki, artıq bu barədə Azərbaycan dövlətinin müvafiq araşdırmaları həyata keçirilib və Elşad Abdullayevin həbsi üçün rəsmi Parisə müvafiq sənəd göndərilib.

Geri qayıt