Əsas Səhifə > Cəmiyyət, Manşet > SABUNÇUNUN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT
SABUNÇUNUN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT20-09-2013, 16:26 |
JURNALİSTİN EVİNİ SÖKDÜ VƏ... DİA.AZ: - “Jur.az İnformasiya Agentliyinin əməkdaşı Süleyman Məlikovun Sabunçu rayon Zabrat qəsəbəsindəki evi sökülüb”. Bu barədə DİA.AZ-a jurnalistin özü məlumat verib. Zəngilan royonundan olan məcburi köçkün, Qarabağ mühairibəsi veteranı, jurnalist Məlikov Süleyman Abdula oğlu redaksiyamıza şikayət məkyubu ilə müraciət edərək bütün ölkə ictimaətindən kömək və dəstək gözlədiyini bildirib. O, icra hakimiyyətinə 1200 manat pul verib tikdiyi evin sökülməsindən narazəılıq edir və ailəsinə dəymiş 9850 manat ziyanın geri qaytarılmasını tələb edir. Narazı vətəndaş DİA.AZ-a müraciətində yazır: “Hörmətli redaksiya! Nəzərinizə çatdırıram ki, 20 gün bundan əvvəl Sabunçu rayon Zabrat qəsəbəsində özümə ev tikməyə başladım. Evimi demək olar ki, tam başa vurdum. Yeganə dam hissəsi yarımçıq qalmışdı. Evimin tikintisinə 9850 manat pul xərclədim. Evim Zabrat qəsəbəsində “Azenda” adlanan ərazidə, asvalt zavodun yaxınlığında tikmişdim. Biz ev tikəndə Bakısovetin nümayəndəsi gəldi dedi ki, 3 min manat verin evinizi tikin. Mən ona kasıb olduğumu dedim və 1200 manat pula gücüm çatdığını bilidirdim. Daha sonra icra hakimiyyətinin Zabrat qəsəbə nümayəndəsi Vuqar Əsədov gəldi. O, da əvvəl gələnlər kimi ayağını dirəyib məndən 3 min manat pul istədi. Bir də icra hakimiyyətininin tikintiyə nəzarət şöbəsininin müdiri Şövqü Xəlilov gəlmişdi. Əvvəl gələn Vuqar Əsədov və Fərid adlı şəxs bizi yönləndirdi ki, Şövqi Xəlililov bizim ağsaqqalımızdı, ona mütləq pul verməlisən. Biz də 10 gün bundan qabaq icra hakimiyyətinin işçisi Şövqi Xəlilova 1200 manant pul verdik. O, dedi ki, gedin evinizi tikin, nə problem çıxsa mənlikdir. Bundan sonra Sabunçu rayon icra hakimiyyəti tikintiyə icazə verdi. Biz də arxayın evimizi tikdik. Bizim narazılığımız ondan ibarətdir ki, 1200 manat verib icazəsin aldğımız evi icra hakimiyyəti niyə söküb? Bu günə kimi həmin evə 9850 mannat pulum çıxıb, mənə dəymiş ziyanın ödənilməsini tələb edirəm. Elə həmin adlarını çəkdiyim icra işçiləri 19.09.2013-cü il tarixində mənim evimi söküb dağıdıblar. Mən çox pis vəziyyətdəyəm, pisixaloji sarsıntı keçirmişəm. Bir ətək pul xərclədim, ev tikdim. Gəlib icra hakimiyyəti evimi dağıtdı. Pulu alanda icra hakimiyyəti oldu, evimi sökən də. Əgər mən evimi qanunsuz tikmişəmsə niyə 20 gündən sonra gəlirlər? Bunların gördüyü iş dövlətə qarşı, millətə qarşı xəyanətdir. Ermənilər öz ata-baba torpaqlarımızdan qovdu, indidə bunlar imkan vermir yaşamağa. Axı mən harda yaşayım? Hara gedim? Özüm də Qarabağ müharibəsi əliliyəm. Uzun müddətdir ki, Yeni Azərbaycan Partiyasınının üzvüyəm. Bütün bunlara baxmayaraq Sabunçu rayon icra hakimiyyəti mənim başıma itin oynunu açıb. Mən onlara hüquqi dövlətdə yaşadığımızı dedim. Cavabında icra nümayəndəsi dedi ki, qanun da mənəm, dövlətdə. Get nə edə bilirsən et. Bunlar prezidentə qarşı səhv addım atmış olurlar. Məcburi köçkünün, jurnalistin, Qarabağ əlilinin evini başına uçururlar. Mənə dəymiş ziyanının icra hakimiyyəti tərəfindən qaytarılmasını tələb edirəm. Qoy prezident də bilsin ki, məmurlar camaatın başına hansı oyunları açırlar. Pul istədiniz verdim, bəs niyə heç bir xəbərdarlıq olmadan evim sökürsüz? İcra başçısı Adil Vəliyev özbaşnalıq etdiyinə görə cavab verməlidir. Pulumu aldın, evimi sökdün. Buna görə cavab verməlisən”. Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |