Əsas Səhifə > Dünya > “MÜSƏLMAN QARDAŞLARI” PARLAMENTDƏ
“MÜSƏLMAN QARDAŞLARI” PARLAMENTDƏ17-01-2012, 12:49 |
ONLAR YERLƏRİN 45 FAİZDƏN ÇOXUNU TUTUBLAR Misirdə “Müsəlman Qardaşları” hərəkatının üzvü parlamentin sədri seçilib. Məlumata görə, Misirdə keçirilən parlament seçkilərində yerlərin 45 %-dən çoxunu əldə edən, “Müsəlman Qardaşları” hərəkatı tərəfindən yaradılmış Azadlıq və Ədalət Partiyasının baş katibi Məhəmməd Saad əl Katatni parlamentin yeni sədri olub. M. S. Katatninin namizədliyi parlamentdəki bütün partiyalar tərəfindən dəstəklənib. Onun müavinləri postuna Sələfi Nur Partiyası və liberal Vəfd Partiyasının təmsilçiləri seçilib. Misir parlamentinin yeni sədri müvəqqəti hökumət və Ali Hərbi Şura ilə əməkdaşlıq edəcəyini bildirib. Geri qayıt |