Əsas Səhifə > Sosial, Manşet > VƏHABİLƏR RƏŞAD DAĞLINI TOYDAN OĞURLADILAR VƏ…

VƏHABİLƏR RƏŞAD DAĞLINI TOYDAN OĞURLADILAR VƏ…


21-09-2013, 14:01
VƏHABİLƏR RƏŞAD DAĞLINI TOYDAN OĞURLADILAR VƏ…
OĞRU DÜNYASININ AVTORİTETLƏRİ İŞƏ QARIŞMASAYDI, NƏ OLACAQDI?

DİA.AZ: - Özlərini «sələfi» və «xavaric» kimi çağıran vəhabilərin Azərbaycanda ciddi dairələr tərəfindən dəstəklənmələri bir faktdır. Əgər belə olmasaydı, onların hansı dərəcədə təhlükəli olmaları barədə yetərli sübutların mövxudluğu şəraitində belə toxunulmaz qalmaları, nəinki toxunulmaz, hətta meydan sulamaları müşahidə olunmazdı. Elə DİA.AZ-a daxil olan və 5-6 ay əvvəl baş verdiyi söylənilən bir hadisənin şok təfərrüatları da qeyd etdiyimiz məqamın sübutu kimi qəbul oluna bilər.

Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, təxminən 6 ay əvvəl Bakı kəndlərinin birində toy məclisi təşkil olunur və həmin toyda Bakı kəndlərinin toy ənənələrinə xas olaraq meyxana məclisi də qurulur. Mənbə bildirir ki, meyxana deyişməsi iştirakçıları arasında olan Rəşad Dağlı açdığı qafiyələrinin birində vəhabilərin bostanına da daş atır.

Bildirək ki, özlərinin prinsipləri ilə Azərbaycanda ənənəvi dini inanc sistemlərinə - həm şiəliyə və həm də sünnülüyün Azərbaycandakı qollarına düşmənçilik münasibəti bəsləyən vəhabilərin «sünnünün malı, şiənin canı halalımızdır» ifadəsi kifayət qədər məşhurdur.

Mənbə iddia edir ki, öz qafiyəsində Rəşad Dağlı bu ifadəyə ağır formada cavab verib ki, həmin məsələ də dərhal vəhabilərin nisbətən radikal qanadı kimi təqdim olunan «xavaric» qolunun Bakıdakı liderlərinin qulağına çatdırılır.

Mənbənin söylədikləri: «Elə həmin toyun axırında Rəşad Dağlını təxminən ona yaxın maşınla toya gələn vəhabilər oğurlayırlar. Onu cəzalandırmaq istəyən vəhabiləri yalnız məsələyə oğru aləminin bir neçə avtoritetinin müdaxiləsi durdurur. Əks halda, Rəşad Dağlı vəhabilər tərəfindən sərt formada cəzalandırılacaqdı».

Hər halda, bu faktın hüquq-mühafizə orqanları tərəfindən araşdırılmamasının nədəni aydındır. Çünki ortada şikayətçi yoxdur. Amma dövlətin müvafiq dairələrinin artıq adam oğurluğuna qədər inkişaf edən bu vəhabi təhlükəsi barədə hələ də susqunluq etməsi heç də anlaşılan deyil.

Geri qayıt