Əsas Səhifə > Şou-biznes > HƏLƏ DƏ ÖZÜNƏ AZƏRBAYCANLI ƏR AXTARIR?
HƏLƏ DƏ ÖZÜNƏ AZƏRBAYCANLI ƏR AXTARIR?23-09-2013, 09:24 |
Özünə azərbaycanlı həyat yoldaşı axtaran türkiyəli müğənni Ebru Polat futbolçu Məsut Özillə münasibətindən bəhs edib. Axşam.az-ın məlumatına görə, Ebru İngiltərənin “Sun” qəzetinə müsahibəsində Özil ilə qrip olduğu, burnundan su axdığı üçün sevişmədiyini deyib. Müğənni müsahibəsində tanınmış futbolçu ilə birlikdə olması xəbərlərinə aydınlıq gətirib: “Bir gün toyda çıxış edirdim. O da həmin məclisdə idi. Özil ən sevdiyi “Səni aldatdımı” mahnısını oxumağımdan sonra yanıma gəldi, məni rəqsə dəvət etdi. Çox yaraşıqlı idi və yaxın bir formada rəqs etdik. Sonra ona çox yorğun olduğumu və yatmaq istədiyimi dedim. Otağıma getdim, az keçmədi Məsut əlində bir qırmızı gül otağımın qapısını döydü və məni gecə klubuna dəvət etdi”. Bütün gecə rəqs etdikdən sonra otelə birlikdə qayıtdıqlarını söyləyən Polat “Çox ehtiraslı öpüşdük, amma onunla birlikdə olmaq istəmədim. Qrip idi və burnu axırdı. Heç də cəlbedici bir görünüşü yox idi, həm xəstələnməkdən qorxdum, səsimi qorumalıyam” deyə əlavə edib. Müğənni müsahibəsində bu ay “Arsenal”la 42 milyon sterlinqə müqavilə bağlayan 24 yaşındakı futbolçunun 4 ay onunla maraqlandığını, sonra geri çəkildiyini bildirib. Ebru “2011-ci ildə məni görmək üçün İstanbula gəldi, gecə klubuna dəvət etdi. Mən isə getmədim. Arxamca düşməsindən xoşum gəlirdi, amma ona aşiq olmadım” deyib. Geri qayıt |