Əsas Səhifə > Partiya > ARAZ ƏLİZADƏ MİLLİ ŞURANI QRALAYIB

ARAZ ƏLİZADƏ MİLLİ ŞURANI QRALAYIB


23-09-2013, 12:37
ARAZ ƏLİZADƏ MİLLİ ŞURANI QRALAYIB
"Dünən 5 minə yaxın insan var idi stadionda. Mitinqdə yox, stadionda. Çünki Azərbaycan praktikasında belədir ki, o cür mitinqlərdə 2-3 minə yaxın sivil və mülkü geyimli polislər olur. Onları çıxandan sonra yerdə 2500-3000 nəfər adam qalır. Bu rəqəm isə Milli Şuranı dəstəkləyən insanların real göstəricisidir".

Bu sözləri Hafta.az-a açıqlamasında dünənki mitinqi dəyərləndirərkən Araz Əlizadə deyib. O bildirib ki, dünən təşkil edilən mitinqə gələn insanlar Milli Şuranı dəstəkləyən insanların sayını göstərirdi:

"Əvvəlki mitinqdə deyirdilər ki, bizə verilən yer şəhərin mərkəzindən çox aralıdır, insanların çoxu ona görə gələ bilmir. Artıq bu dəfə onu deyə bilməzlər. Çünki mitinqin olduğu yerə onlarla avtobus gəlir, yanında metro da var. Çox rahatlıqa ora gəlmək olar. Mitinq iştirakçılarının sayı onu göstərirdi ki, bunların real dəstəkçilərin sayı 3000 nəfəri keçmir".

Araz Əlizadə Milli Şura üzvlərinə çağırış edib onları realist olmağa çağırdı:

" Sovet vaxtı mitinqləri 1912-1913-cü illərin hərəkatı ilə müqayisə edilirdi. Bu müqayisə ilə mitinqin necə keçdiyini deyirdilər. Müvafiq olaraq biz də 1988-1989-cu illərin mitinqləri ilə müqayisə edə bilərik. O zaman da çox rahatlıqla demək olar ki, dünən keçirilən tədbirə mitinq demək olmazdı. 2-3 min nəfər adamla siyasi hakimiyyətə gəlmək olmaz. 9 milyonluq bir ölkədə yaşayırıq, 2-3 min nəfər nə deməkdir? Ayıbdır, vallah. Məcburi deyil ki. Yoxdur da. Bu insanları 2-3 mindən artıq insan dəstəkləmir. Özlərindən yalanlar uydurmasınlar, bir az realist olsunlar. Öz zəifliklərinə yalançı şeylərlə haqq qazandırmasınlar. Uzağa getmək lazım deyil, reallıq dünənki mitinqdə də görünürdü. Bunların dəstəkçiləri 2-3 min adamı keçmir".

Geri qayıt