Əsas Səhifə > Cəmiyyət, Manşet > İLGİNC: ASİF AĞAYEV 10 MANATDAN PUL YIĞIR

İLGİNC: ASİF AĞAYEV 10 MANATDAN PUL YIĞIR


23-09-2013, 14:18
İLGİNC: ASİF AĞAYEV 10 MANATDAN PUL YIĞIR
SAKİNLƏR BAŞÇIDAN NARAZILIQ EDİR

DİA.AZ: - Şamaxının «çiçəyi burnunda olan» icra başçısı Asif Ağayevə qarşı sərt ittihamlar var. DİA.AZ-a rayon sakinləri adından edilən müraciətdə bildirilir ki, bu ilin fevral ayının 13-dən Şamaxıya rəhbər təyin olunan Asif Ağayev onların «günlərini göy əskiyə büküb».

Sakinlər redaksiyamıza yazır: «Asif Ağayevin təyinatı nəhs gündə verilib. Bəlkə bu da bir işarədir. Çünki həmin tarixdən bəxtimiz nəhs gəlib. Artıq köhnə icra başçılarının atalarına elliklə rəhmət oxuyuruq.

Əgər əvvəlkilərin dönəmində heç olmasa, rüşvəti insafla tələb edirdilərsə, indi insaf-mürvət də qalmayıb».

Sakinlər bildirir ki, konkret olaraq büdcə təşkilatında çalışanların hər birində 10 manatdan «seçki pulu» tutulmağa başlayıb: «Biz rayon camaatıyıq. Əksər büdcə təşkilatında çalışanlar fəhlə babadır. Elə imkan da yoxdur ki, tutulan 10 manatın arxasınca «ah» çəkməyəsən. Bəlkə də başçı üçün 10 manat az puldur. Amma bizim əksəriyyətimiz üçün bu böyük məbləğdir.

İndi «Dünya» İnformasiya Agentliyi vasitəsilə soruşmaq istəyirik ki, görəsən, başçı bu pultutma əməliyyatını öz qərarı iləmi həyata keçirir, yoxsa, belə bir təlimat alıb».

Geri qayıt