Əsas Səhifə > Sosial, Manşet > ELŞAD ABDULLAYEV HƏLƏ DƏ MƏMURLARI ŞANTAJ EDİR
ELŞAD ABDULLAYEV HƏLƏ DƏ MƏMURLARI ŞANTAJ EDİR24-09-2013, 10:19 |
MƏHZ BUNA GÖRƏ DƏ ONUN BEYNƏLXALQ AXTARIŞI ƏHƏMİYYƏTLİ DEYİL DİA.AZ: - «Fəaliyyəti qadağan edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev hələ də bir çox məmurları şantaj etməklə məşğuldur». Bu şok iddianı redaksiyamıza açıqlayan hökumət içindəki mötəbər mənbə iddia edir ki, zamanında keçmiş təhsil naziri Misir Mərdanovu istədiyi kimi yönəldən və hətta bu yolla əslində bir bazar mahiyyəti daşıyan ABU-nun fəaliyyətini süni şəkildə uzadan, ABU ilə bağlı TN-dən əlavə imtiyazlar almağa müvəffəq olan Elşad Abdullayev eyni qaydada bir sıra məmurları öz buxovunda saxlayır. Mənbəmizin iddialarına görə, Elşad Abdullayevin əlində iki videoarxiv var: «Onlardan biri həm dövlətin ayrı-ayrı qurumlarına göndərilən və zaman-zaman internet vasitəsilə ictimailəşdirilənlərdir, digəri isə yalnız Elşad Abdullayevdə var ki, həmin videoçəkilişlər hesabına keçmiş rektor bu gün onlarla məmuru nəzarəti altında saxlayır, onların özü barəsində hər hansı fəaliyyətdə bulunmalarının qarşısını önləyir». Məhz bu səbəbdən bu gün Elşad Abdullayevlə bağlı verilən axtarış qərarının Biləcəridən o yana keçmədiyini iddia edən qaynaq bu məqama keçmiş rektorun da bu günlərdə verdiyi açıqlamasında gülərək toxunduğunu xatırlatdı: «Elşad Abdullayev deyir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının onu beynəlxalq axtarışa verməsi barədə qərar Fransada işləmir. Əslində belə bir hal ola bilməz. Amma faktiki olaraq vəziyyət bu cürdür. Çünki fakt odur ki, Elşad Abdullayev təkcə Fransada yox, Avropada da rahat hərəkət edir». Geri qayıt |