Əsas Səhifə > Partiya > KXCP CƏMİL HƏSƏNLİ İLƏ BAĞLI QƏRAR VERDİ
KXCP CƏMİL HƏSƏNLİ İLƏ BAĞLI QƏRAR VERDİ24-09-2013, 13:39 |
DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyəti genişləndirilmiş iclas keçirilib. DİA.AZ-a daxil olan məlumata görə, yığıncaq 19 sentyabrda qəfil dünyasını dəyişmiş KXCP Sədrinin müşaviri, KXCP Ali Məclisiin üzvü Əli Abdullayevin xatirəsini yad etməklə başlayıb. Daha sonra qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum, prezident seçkilərinin vəziyyəti, Milli Şuranın vahid namizədi Cəml Həsənlinin seçki kampaniyası müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. KXCP Sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kompaniyasında KXCP-nin üzərinə düşən vəzifələrin icra vəziyyətini qiymətləndirib və qarşıda duran vəzifələrlə bağlı ətraflı çıxış edib. İclasda, partiyanın prezident seçkilərinə hazırlığı, KXCP tərəfindən namizəd Cəmil Həsənli üçün nəzərdə tutulan səlahiyyətli nümayəndələrin, vəkillərin, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin qeydiyyatdan keçirilərək uyğun sənədlərlə təmin edilməsi prosesinin uğurla davam etdiyi qeyd edilmişdir. Təşviqat kampaniyasına hazırlığın yüksək templə başlanması qiymətləndirilib və bu prosesin ölkəni tam əhatə etməsi istiqamətində partiyanın bütün potensialının işə salınması üçün zəruri vasitələrdə istifadə edilməsi qeyd edilib. Geri qayıt |