Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ İNSANOV KƏRƏM HƏSƏNOVA BATA BİLMİR
ƏLİ İNSANOV KƏRƏM HƏSƏNOVA BATA BİLMİR25-09-2013, 09:55 |
Sabiq səhiyyə naziri Əli İnsanovunKərəm Həsənovun rəhbəri olduğu ƏmlakMəsələləri Dövlət Komitəsinin DaşınmazƏmlakın Dövlət Reyestri Xidmətinə(DƏDRX) qarşı qaldırdığı iddia qeyri-mümkün hesab olunub. DİA.AZ mia.az-a istinadən xəbər verir ki, sayta daxil olan məlumata görə, 11 il azadlıqdan məhrum edilmiş Əli İnsanov 2005-də həbs edilən vaxtı evindən aparılan mülklərinə aid olan sənədlərin dublikatını tələb edir: «İnsanov həbs edilərkən onun evindənmənzilinin sənədləri götürülsə də, bu günədək geri qaytarılmayıb. Sabiq nazirindi həmin sənədlərin ya əslinin geri qaytarılmasını, ya da dublikatlarınınverilməsini tələb edir. Ancaq onun bu tələbinə məhkəmə «yox» dedi”. Məlumatda bildirilir ki, Əli İnsanovun bu tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından verilmiş şikayətə artıq Bakı ApellyasiyaMəhkəməsində baxılıb: “Əli İnsanovun şikayəti Bakı ApellyasiyaMəhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə araşdırılıb. Hakim sonprosesdə qərarını açıqlayıb. Elşanə Vəliyeva birinci məhkəmə instansiyasınınqərarını ləğv etməklə yanaşı, Əli İnsanovun iddiasının qeyri-mümkünlüyühaqda da qərar qəbul edib». Xəbərdə o da deyilir ki, İnsanovun vəkilləri bu qərarla bağlı Ali Məhkəməyəşikayət edəcəklər. Geri qayıt |