Əsas Səhifə > Siyasət, Manşet > ARDNŞ PREZİDENTİNİN SƏXAVƏTİ
ARDNŞ PREZİDENTİNİN SƏXAVƏTİ28-09-2011, 12:00 |
RÖVNƏQ ABDULLAYEV BULVARDA PUL PAYLAYIB DİA.AZ: - 20 sentyabr tarixində keçirilən Neftçilərin Peşə Günü Bayramı bir çoxlarının yaddaşında başqa cür qalacaq. Bu barədə redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, səbəbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevdir. Əslində mətbuat tərəfindən heç də səxavətli birisi kimi tanınmayan və hətta 2005-ci il parlament seçkilərindən bəzi KİV orqanlarına reklam borcu qalan Rövnəq Abdullayev 20 sentyabrda tamam fərqli görünüb. Hadisə şahidlərinin «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) bildirdiyinə görə, Milli Park ərazisində təşkil olunan təmtəraqlı konsert-əyləncə proqramının ardından ARDNŞ prezidenti sözügedən ərazidəki «Aysberq» çayxanasında yaxın qorumaları və ARDNŞ-in işçiləri ilə birgə çay süfrəsi arxasına oturub: «Çay süfrəsi bitdikdən sonra ARDNŞ prezidenti həm kafenin çalışanlarına və həm də bu zaman yaxınlıqda olan vətəndaşlara pul paylamağa başlayıb. Təxminən 20 min dollar pulu ətrafa səpələyənARDNŞ prezidenti hər kəsə 100 dollarlıq əskinas verirdi». Əslində burada qeyri-adi bir hadisə yoxdur. Yəni pulları var, paylayırlar. Keçmişdə də neft milyonçuları bu cür səxavət nümayiş etdiriblər. Amma arada BÖYÜK BİR FƏRQ var. Bu pullar kimindir? Rövnəq Abdullayev bu pulları haradan alıb? Necə qazanıb? Hər halda, onun da həyətindən neftin fontan vurması səbəbindən hazırki var-dövlətini əldə etməyib... Geri qayıt |