Əsas Səhifə > Partiya > HAFİZ HACIYEV RƏSUL QULİYEVİ NİŞAN VERDİ
HAFİZ HACIYEV RƏSUL QULİYEVİ NİŞAN VERDİ25-09-2013, 11:48 |
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sədri olduğu partiyanın keçirmək istədiyi mitinq haqda danışıb: “Bu gün Müasir Müsavat Partiyasının mitinq komitəsi toplantı keçirdi. Toplantıda sentyabrın 29-na mənim seçicilərlə görüş-mitinq keçirməyim təyin edildi. Bunun üçün artıq BŞİH-nə müraciət edilib. Görüş sentyabrın 29-da saat 16-dan saat 18-dək Yasamal rayonu “Məhsul” idman sağlamlıq kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) nəzərdə tutulub”. Hafiz Hacıyevin sözlərinə görə, həmin yerdə Milli Şuranın mitinq təyin etdiyindən xəbərsiz olub: “Mən Milli Şuranın həmin vaxt üçün mitinq təyin etdiyini bilmirdim. Mən də mitinq etmək istəyirəm, vaxtım gedir axı. Bizim görüşə 5-10 min seçici gələcək. Milli Şuradakıların ağılları varsa, mənə qarşı təxribat törətməsinlər”. H.Hacıyev Rəsul Quliyevlə Sülhəddin Əkbər arasında olan telefon danışığı haqda da danışıb: “Milli Şuranın mitinqinə “multfilm” deyərək Rəsul Quliyev ən düzgün qiymət verib. O, özü mənə məlumat çatdırdı ki, Cəmil Həsənlinin kürəkəninin atası Dünya Bankında işləyən erməni olub”. Geri qayıt |