Əsas Səhifə > Cəmiyyət, Manşet > MİLLƏT VƏKİLİ BORCA DÜŞÜB
MİLLƏT VƏKİLİ BORCA DÜŞÜB17-01-2012, 17:24 |
CAVANŞİR FEYZİYEVİN BİZNESİ TƏHLÜKƏ ALTINDADIR DİA.AZ: - Son parlament seçkilərində Şəkidən deputat seçilmiş «Avromed» şirkətinin sahibi Cavanşir Feyziyev maliyyə böhranı yaşayır. Bu barədə məlumatı «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) şirkətdə çalışan işçilərdən biri verib. Mənbənin sözlərinə görə, son zamanlar «Avromed»in işləri qaydasında getmir. Belə ki, Qafqazın ən böyük dərman deposuna malik olan bu şirkət də dərman bazarında sıxışdırılır: «Dəfələrlə Cavanşir Feyziyevə təzyiqlər edildi ki, o, biznesindən məmurlardan birinin xeyrinə imtina etsin. Amma alınmadı. İndi də başqa cür problem yaradırlar». Mənbə bildirir ki, bu günlərdə «Avromed»in xətti ilə ölkəyə gətirilən 2 milyon manatlıq dərman preparatına gömrük komitəsində həbs qoyulub: «Həbsin səbəbləri açıqlanmır. Hər halda, biz işçilər bilmirik. Amma Cavanşir müəllimin durumu gərgindir və hətta yeni il ərəfəsində işçilərin maaşlarının verilməsində də problemlər yarandı». Mənbəmiz onu da bildirdi ki, «Avromed»in külli miqdarda borcu da yaranıb. Mövzu diqqətimizdədir… Geri qayıt |