Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOV İSTEFA VERƏ BİLƏR

ZİYA MƏMMƏDOV İSTEFA VERƏ BİLƏR


18-01-2012, 12:06
ZİYA MƏMMƏDOV İSTEFA VERƏ BİLƏR

ŞOK: «TAKSİ BÖHRANI» NN ŞEFİNİ BİTİRMƏK ÜZƏRƏDİR

DİA.AZ: - Neçə gündür ki, nəqliyyat nazirliyinin şəhər içində fəaliyyət göstərən taksilərlə bağlı həyata keçirdiyi islahatlardan narazı qalan yüzlərlə sürücü yeni qaydalara etiraz əlaməti olaraq aksiyalar keçirməkdədir. Redaksiyamızın əldə etdiyi bilgilərdən aydın olur ki, təxminən 12 minə yaxın taksi sürücüsünə qarşı yönələn yen qaydalara qarşı böyük bir ordu səfərbər olunmaqdadır.

«Dünya» İnformasiya Agentliyinin (dia-az.life) əldə etdiyi məlumatlarda qeyd olunur ki, artıq 200-dən artıq taksi sürücüsü həmkarlar ittifaqı formasında təşkilatlanıb və onlar daha böyük aksiyaların təşkil edilməsi məqsədilə iş aparırlar. Onu da bildirək ki, bu işdə kənardan maraqlı qüvvələrin olduğu da bildirilir. Hətta gələn məlumatlarda deyilir ki, narazı sürücülərin aksiyaların təşkilinə dünənə qədər Ziya Məmmədovu hədəfə alan bəzi hakimiyyətiçi qüvvələr də maraq göstərməkdə, bu məqsədlə pullar xərcləməkdədir.

Bu arada yayılan bir başqa məlumatda isə qeyd olundu ki, bu işdə «Azəravtoyolservis»in prezidenti Cavid Qurbanovun da maraqları var və nazir ola bilməsi üçün əlinə gözəl fürsətin düşdüyünü zənn edən ASC prezidenti şansını qaçırmaq niyyətində deyil.

Redaksiyamıza hakimiyyət içindəki mənbələrdən daxil olan məlumatda bildirilir ki, Ziya Məmmədovun durumu çox ağırdır və nazir əslində son gedişləri ilə özünü də çətin duruma salıb: «Məlumdur ki, «Avroviziya» ərəfəsində hakimiyyət hər hansı kütləvi narazılıq təzahürünə qarşıdır. Amma buna baxmayaraq Ziya Məmmədov gələcəkdə alovlana biləcək böyük bir közü üfürməkdədir. Onun hərəkətlərinin hakimiyyətə qarşı bir üsyan dalğasının yetişdirəcəyi heç şübhəsizdir».

Qeyd edək ki, artıq xarici kanallar da Bakıdakı taksi üsyanları ilə bağlı məlumatlar yayırlar və əcnəbi KİV «Avroviziya» yarışması öncəsi çalxalanan Bakının heç də bu beynəlxalq mahnı yarışmasına alın açıqlığı ilə ev sahibliyi edə bilməyəcəyini vurğulayırlar.

Artıq bu məsələnin birbaşa olaraq hakimiyyətin üst düzəyində də müzakirə olunduğu billdirilir. Bu barədə redaksiyamıza verilən məlumata görə, məsələ ilə bağlı Ziya Məmmədova qəti tapşırıq verilib: «Ziya Məmmədov ya narazılıqların qarşısını almalıdır, ya da istefa verməlidir. İlk dəfədir ki, «yuxarılar» bir məmurun qarşısında belə bir şərt qoyurlar. Çünki əslində qarşıdakı «Avroviziya» yarışması hakimiyyətin üçün həlledici sınaq əhəmiyyətini daşıyır. Ona görə də rəsmi Bakı bu məsələdə çox həssasdır. Əgər bu yarışmaya qədər hər hansı əlahiddə olay baş verməzsə, YAP iqtidarı həm də gələcək hakimiyyət illəri üçün də beynəlxalq vəsiqə qazanmış olur. Çünki «Avroviziya» mahnı yarışması həm də Avropada demokratiyanın, demokratikləşmənin bir simvolu kimi qəbul edilir».

Məhz bu aspektdə Ziya Məmmədovun durumunun gərgin olduğunu bildirən mənbəizin sözlərindən məlum olur ki, əgər taksi üsyanları davam edərsə, bununla da Ziya Məmmədovun imperiyasının çöküşünə start verilmiş olacaq. Hər şey nazirin bundan sonrakı davranışlarından birbaşa asılıdır.


Geri qayıt