Əsas Səhifə > Sosial, Manşet > RAZİM MƏMMƏDOVDAN NARAZILIQ EDİRLƏR
RAZİM MƏMMƏDOVDAN NARAZILIQ EDİRLƏR26-09-2013, 11:22 |
ADI “QARA SİYAHI”YA DÜŞƏN İCRA BAŞÇISI HAMINI TƏNGƏ GƏTİRİBMİŞ DİA.AZ: - Redaksiyamıza bir neçə sahibkarın adından Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun qanunsuz əlaqələri ilə bağlı müraciət daxil olub. Müraciət müəllifləri DİA.AZ-a ünvanladıqları məktublarında olduqca ilginc faktları açıqlayıblar. Redaksiya olaraq bildiririk ki, edilən müraciətin mətnində Razim Məmmədovun «GEN» MMC ilə bağlı ortaq fırıldaqları ilə yanaşı, həmçinin çox ilginc yeyinti faktları, həmçinin sahibkarlardan alınan külli miqdarda pullardan söhbət gedir. Həmin faktlar üzrə araşdırma aparan əməkdaşlarımızın hazırlayacağı materialı yaxın günlərdə diqqətinizə təqdim edəcəyik. Yalnız bir məqamı vurğulamaq istəyirik ki, artıq Razim Məmmədovun da adı icra başçılarının növbəti ələmə prosesində «qara siyahı»ya salınan icra başçıları sırasına daxil edilib. Və bu məsələyə də toxunan sahibkarlar bildirir ki, məhz bu səbəbdən Razim Məmmədov son bir həftə ərzində Xətai rayonu ərazisindəki obyektlərə qarşı hücuma keçib. Bizi izləməkdə davam edin. Daha dolğun bilgiləri qısa zamanda diqqətinizə çatdıracağıq. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |