Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV BARƏSİNDƏ HƏBS QƏRARI
ELŞAD ABDULLAYEV BARƏSİNDƏ HƏBS QƏRARI28-09-2011, 12:12 |
SABİQ ABU REKTORU HAKİMİYYƏTİ BƏRK NARAHAT EDİB DİA.AZ: - Son günlər sensassion açıqlamaları ilə diqqətə gələn və mətbuata ötürdüyü faktları ilə hakimiyyətin böyük bir oyununu ifşa edən Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaxınları hədəfə çevrilib. Bu barədə məlumat redaksiyamıza hakimiyyət içindəki mötəbər qaynaqlardan ötürülüb. Bildirək ki, «Azadlıq» qəzeti vasitəsilə ictimailəşdirdiyi faktlarda Elşad Abdullyev bir çox dövlət qurumlarının, eləcə də hazırda iqtidar düşərgəsinin əsas fiquru hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adlarının hallandığı böyük cinayət əməlləri barədə faktları ortaya qoymaqdadır. Konkret sənəd və sübutlara söykənən bu faktlar təsdiqləyir ki, Elşad Abdullayevin rəhbəri olduğu ABU-nun lisenziyası əslində bu ali tədris ocağında Ramiz Mehdiyevin gözünün olması səbəbindən ləğv edilib. Bundan əlavə Elşad Abdullayev qardaşı Mahir Abdullayevin yoxa çıxması ilə bağlı da çox ilginc faktları ortaya qoyur. İndi isə vəziyyətin tamamən alt-üst olduğunu və Elşad Abdullayev tərəfindən açıqlanan faktların hakimiyyət üçün «WikiLeaks» sənədlərindən də ağır zərbə rolunu oynadığını bildirən məlumatlı mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) söylədiklərindən belə aydın olur ki, ABU rektoruna qarşı kampaniya barədə qərar qəbul edilib: «Təbii ki, hər zaman olduğu kimi, bu dəfə də hakimiyyət özünün ənənəvi üsullarından istifadə etməyi düşünür. Planlaşmaya görə, Elşad Abdullyevin susdurulması məqsədilə onun Azərbaycanda qalan yaxın adamları, hətta bir zamanlar ABU-da çalışmış və sabiq rektora yaxınlığı ilə seçilən müəllimlər belə həbs oluna bilər». Mənbəmizin sözlərinə görə, həmin şəxslərə qarşı «köhnə cinayətlər» məsələsindən istifadə olunacaq: «Plan belədir ki, ABU-da korrupsiya faktları araşdırılsın və bunun da nəticəsində həm Elşad Abdullayevin özünə qarşı və həm də ona yaxın olmuş onlarla məmura qarşı həbs qərarı çıxarılsın». Məlumatlarda o da qeyd olunur ki, korrupsiya və rüşvətdə ittiham olunacaq Elşad Abdullayevin sonradan beynəlxalq axtarışa verilməsi də nəzərdə tutulur. Geri qayıt |