Əsas Səhifə > Güney Press, Üçüncü sektor > PREZİDENTƏ DANIŞILAN DAHA BİR YALAN İFŞA OLUNDU
PREZİDENTƏ DANIŞILAN DAHA BİR YALAN İFŞA OLUNDU26-09-2013, 11:26 |
Ağcabədi rayonunda iki üç həftə əvvəl istifadəyə verilmiş yeni xəstəxana binaısının arxa tərəfi çöküb. Həmin xəstəxanın açılışında bu ilin avqustun 30-da ölkə prezidenti İlham Əliyev iştirak etmişdi. Qeyd edək ki, həmin xəstəxana aran Qarabağ bölgəsində ən iri və müasir texnologiya ilə təchiz olunmuş xəstəxana hesab olunur. Bu barədə PİA.AZ-ı məlumatlandıran mənbə bildirir ki, xəstəxanın tikilişinə və müasir avadanlıqla təmin olunmasına milyonlarla manat dövlət vəsaiti sərf olunub. Lakin həmin vəsaitin böyük bir hissəsinin icra başçısı Şahin Məmmədov, baş həkim Novruz Abbasov tərəfindən mənimsənilməsi nəticəsində aparılan inşaat işi o qədər keyfiyyətsiz olub ki, əsas bina istifadəyə verildikdən üç həftə sonra uçub. Ağcabədidən verilən məlumata görə avqustun 30-da prezident İlham Əliyev xəstəxanın açılışını etdiyi zaman prezidentin mühafizəçilərindən biri yeni istifədəyə verilən xəstəxanın arxa hissəsində çatlar əmələ gəldiyini görüb. Bu bardə prezidentə məlumat verilib və prezident icra başçısı Şahin Məmmədovu buna görə sərt şəkildə danlayıb. Bundan sonra isə xəstəxanının arxa hissəsində bərkidilmə işləri aparmaq planlaşdırlsa da, dünən xəstəxanın arxa hissəsi ubub. Hazırda yenicə istifadəyə verilmiş xəstəxananda təmir bərpa işlərini başlayırlar. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |