Əsas Səhifə > Güney Press, Araşdırma > BAŞÇI KANALİZASİYA PULUNU YEYƏNDƏ BELƏ OLUR

BAŞÇI KANALİZASİYA PULUNU YEYƏNDƏ BELƏ OLUR


26-09-2013, 11:40
BAŞÇI KANALİZASİYA PULUNU YEYƏNDƏ BELƏ OLUR
Prezident İlham Əliyevin səfəri zamanı açılışını etdiyi, Sabirabad şəhərindəki yeni tikilmiş Sabir adına 1 saylı məktəb gölməçəyə çevrilib. Bu barədə Tia.Az-a rayondakı mənbə məlumat verib. Mənlumata görə, iki gün yağan yağış məktəbin nə qədər keyfiyyətsiz tikilməsi faktını üzə çıxarıb. Məktəbin idman zalını tam şəkildə, sinif otaqları isə qismən su basıb. Məktəbin həyətinə isə ümumiyyətlə girmək mümkünsüz olub. Təhsil ocağının belə acınacaqlı vəziyyətə düşməsinin səbəbi isə kanalizasiya xəttinin olmamasıdır.
Mənbənin verdiyi məlumata görə, məktəbin tikintisinə ayrılan pulların yarıdan çoxu icra başçısının əliylə mənimsənildiyi üçün kanalizasiya xətti çəkilmyüb.
Qeyd edək ki, sözügedən təhsil ocağının direktoru yaşı 70-ə çatmış Qəzənfər müəllim sabiq təhsil naziri Misir Mərdanovun tələbə yoldaşıdır.

Geri qayıt