Əsas Səhifə > Sosial, Manşet > HƏRBİ KOMİSSARLIQ SİSTEMİ YENİDƏN SİLKƏLƏNİR
HƏRBİ KOMİSSARLIQ SİSTEMİ YENİDƏN SİLKƏLƏNİR26-09-2013, 12:21 |
GÖZLƏNTİ: BİR NEÇƏ HƏRBİ KOMİSSARA QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR DİA.AZ: - Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işində kifayət qədər ciddi nöqsanlar olsa da, bu faktların əksəriyyəti indiki dövrdə ört-basdır edilməkdədir. Bu barədə şok məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı qaynaqlar ötürüb. Mənbənin iddialarına görə, indiki dönəmdə Arzu Rəhimovun rəhbərlik etdiyi sahəyə ciddi müdaxilənin ehtiyacı olsa da, bunun yeni qurumun və yeni rəhbərliyin reputasiyasına mənfi təsir edə bilmə ehtimalları yüksək olduğundan hələlik ciddi addımların atılması ertələnir. Mənbənin söylədikləri: «Amma konkret olaraq bir neçə hərbi komissara qarşı cinayət işinin açılması üçün faktlar toplanılıb və bu barədə «yuxarıların» qərar verməsi gözlənilir. Hətta onların arasında nüfuzlu məmurlardan birinin yaxın qohumu olan hərbi komissar da var». Mənbəmiz bildirdi ki, amma buna rəğmən Arzu Rəhimovun «kantorunda» tarama işləripnin həyata keçirilməsi qaçılmazdır: «Bu istiqamətdə ciddi islahatlar aparılmasa, o zaman ordu quruculuğuna böyük zərbə dəymiş olacaq. Odur ki, müharibə şəraitində olan, müharibəyə hazırlaşan bir dövlət üçün vacib olan bu addımlar atılmalıdır». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |