Əsas Səhifə > Partiya > ARİF HACILI CAVAB VERDİ
ARİF HACILI CAVAB VERDİ26-09-2013, 12:27 |
"BU, RƏSUL QULİYEVİN ÖLKƏDƏN KƏNARDA QALMASI İLƏ BAĞLIDIR" Rəsul Quliyevin müxalifət liderlərinin ünvanınan səsələndirdiyi ittihamlara sərt cavab gəlib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ANS PRESS-ə açıqlamasında Rəsul Quliyevin müxalifət liderlərini istefaya səslənməsi barədə fikirlərinin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Rəsul Quliyev ölkədən kənarda olduğundan siyasi prosseslərdən uzaq qalıb: “Azərbaycan müxalifəti seçki ilində cəmiyyətin aparıcı qüvvələrini bir araya gətirə bilib. 2008-ci ildəki prezident seçkiləri müqayisədə, real müxalifət qüvvələri vagid mövqedən çıxış edir. Müxalifət cəmiyyətdə müqavimət gücünü artırmaq üçün əlindən gələni edir. Əminəm ki, müxalifətin səyləri 9 oktyabr-səsvermə günü öz əksini tapacaq. Əminəm ki, Azərbaycan seçicilərinin əksəriyyəti Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verəcək. Rəsul Quliyevin tez-tez belə fikirlər səsləndirməsi, onun ölkədən kənarda qalması ilə bağlıdır”. Arif Hacılının qənaətincə indiki siyasi şərtlər altında müxalifət liderlərinin istefası fərarilik olardı: “Müxalifət təşkilatına rəhbərlik etmək, xüsusi imtiyazlara sahib olmaq demək deyil. Əksinə ağır məşəqqətlərə və hakimiyyətin təzyiqlərinə məruz qalmaq deməkdir. Belə şərtlər altında liderlərin istefa verməsi, cəmiyyətdə siyasi aktivliyə mənfi təsir edə bilər, ictimai müqaviməti azaldacaq. Belə bir addım fəraririlik hesab oluna bilər. Müxalifət liderləri siyasi prosseslərdə öz məsüliyyətini yaxşı anlayır və lazım olan addımları atırlar. İnanıram ki, müxalifət Azərbaycanda azad və ədalətli, demokratik bir cəmiyyətin formalaşmasına nail olacaq”. Geri qayıt |