Əsas Səhifə > Sosial, Manşet > ÜSYAN SIRASI HANSI ŞƏHƏRİNDİR?

ÜSYAN SIRASI HANSI ŞƏHƏRİNDİR?


18-01-2012, 12:28
ÜSYAN SIRASI HANSI ŞƏHƏRİNDİR?

GƏNCƏ VƏ SUMQAYITDA DA NN-NİN YENİ QAYDALARI TƏTBİQ EDİLƏCƏK

DİA.AZ: - Məlum olduğu kimi, Bakıda taksi xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün Avropa standartlarına cavab verən müasir avtomobillər gətirilib. Və bu da böyük narazılıqlara nədən olub. Artıq köhnə maşınlarla taksi xidməti göstərən sürücülər neçə gündür ki, üsyan püskürür, nəqliyyat nazirliyinin yeni tətbiq etdiyi qaydalara etiraz edirlər.

Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədov TX4 və ya “London Taksi” adlanan 1000-ə yaxın maşını keçən il gətizdirdi. Bu ilə isə daha 2000 taksi maşınının azərbaycana gətirilməsi nəzərdə tutulur ki, həmin taksilərdən də Sumqayıt və Gəncə şəhərlərinə də göndəriləcək.

Bu isə o deməkdir ki, bu gün Bakıdakı sürücülərin yaşadığı aqibəti sabah digər şəhərlərimizin taksi sürücüləri də yaşaya bilərlər. Bununla bağlı Nəqliyyat Nazirliyindəki qaynaqlardan əldə etdiyimiz məlumatlarda da bildirilir ki, yanvar ayının sonuna qədər Gəncə və Sumqayıt şəhərlərinin hər birinə 100 ədəd yeni taksi göndərilməsi nəzərdə tutulub. Bu isə o deməkdir ki, həmin şəhərlərə də taksi bəlası göndərilir.

NN-dəki məlumatlı mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) bildirdiklərindən belə aydın olur ki, hazırda paytaxt taksiçilərinn narazılıqla qarşıladığı yeni uyğulamalar eynilə Gəncə və Sumqayıtda da tətbiq ediləcək. Təbii ki, bu, taksi üsyanlarının əyalətə transferi deməkdir.

Mövzu diqqətimizdədir.


Geri qayıt