Əsas Səhifə > Cəmiyyət, Manşet > KEÇMİŞ REKTORA HANSI MƏMUR VƏ NİYƏ PUL ÖTÜRÜB

KEÇMİŞ REKTORA HANSI MƏMUR VƏ NİYƏ PUL ÖTÜRÜB


26-09-2013, 15:24
KEÇMİŞ REKTORA HANSI MƏMUR VƏ NİYƏ PUL ÖTÜRÜB
ELŞAD ABDULLAYEV VİDEOLARDAN PUL ÇIXARIR

DİA.AZ: - Bu gün fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin videobombardmanının ildönümüdür. Əslində ilk əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi hədəfə alan, ardından isə hədəfdən yaınaraq miqyas genişləndirən Elşad Abdullayevin tamam fərqli məramda olduğu faktiki olaraq üzə çıxdı.

Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq da etiraf edir ki, Elşad Abdullayev ABU-bağlandıqdan sonra uzun müddət gizli videoçəkilişlərinin «çörəyini yeyib». Mənbənin söylədikləri:

«Keçmiş rektor günü bu gün də məhz şantaj hesabına ayaqda durur. Bu faktların əksəriyyəti ictimailəşmir. Çünki şantaj olunan tərəf ilk növbədə məlumatın yayılmasına maraq göstərmir. Məsələn, bu günlərdə hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan şəxslərdən biri Elşad Abdullayevə yaxın şəxslərdən birinin adına 200 min avro pul köçürüb. Hər halda, bu fakt araşdırılarsa, mütləq müəyyən olunacaq ki, nədən kifayət qədər mənsəbi olan bir məmur bu gün əslində Azərbaycan dövlətindən gizlənən, interpol vasitəsilə axtarışda olan bir şəxsə pul yardımı edir».

Mənbəmiz iddia edir ki, ilk əvvəl Elşad Abdullayev videoçəkilişləri hesabına ABU-nun fəaliyyətini bərpa etmək istəyib: «Buna nail ola bilməyəndə, bu barədə net cavab aldıqdan sonra keçmiş rektor Fransaya gedərək, məlum fəaliyyətini sürdürüb. Bu gedişatdan da aşkar surətdə duyulur ki, Elşad Abdullayev üçün itkin qardaşının aqibətindən daha çox onun hazırki durumu, aqibətinin necəliyi daha çox maraqlıdır. Ən azından ona görə ki, qardaşını axtaran, qardaşının qaranlıq taleyinə aydınlıq gətirmək istəyən şəxs qanunlardan gizlənməli deyil.

Çünki artıq Elşad Abdullayevin adı kifayət qədər ictimailəşib. Və bu gün kimsə onu qardaşını axtarmasına görə cəzalandıra bilməz. Deməli, məsələ tamam başqadır. Elşad Abdullayev də yaxşı bilir ki, nədən qaçır və qanunlar onun üçün nədən təhlükəlidir».

Qeyd edək ki, artıq Elşad Abdullayevin sayəsində həbsə atılanların sırası günbəgün genişlənməkdədir. Bu günlərdə isə orqan alveri ilə bağlı məhkəmə istintaqı start götürüb. Keçmiş rektorun iştirakı olmadan mühakimə gedir.

Geri qayıt