Əsas Səhifə > Şou-biznes > ASLAN NƏSİBƏ PEŞİNDƏ
ASLAN NƏSİBƏ PEŞİNDƏ18-01-2012, 12:43 |
YENİ DUET MAHNISI KİMƏ MƏXSUSDUR? Müğənni Aslanın Nəsibə Abdulayeva ilə duet oxumaq istəyi barədə yazmışdıq. Milli.Az-ın məlumatına görə, ötən gün Özbəkistana yola düşən müğənni Nəsibə xanımla görüşmək niyyətində olduğunu bildirdi. Görüşdə onlar duet barəsində danışacaqlar. Qeyd edək ki, mahnının musiqisini Aslan özü yazıb. Musiqini Nəsibə xanım da bəyənsə, sözləri yerli yazarlarımızdan birinə həvalə ediləcək. Xatırladaq ki, Nəsibə Abdullayevanın Azərbaycan dilində ifa etdiyi son mahnılar musiqisi Kamal müəllimə, sözləri Baba Vəziroğluna məxsus olan "Nigaranam" və "Bağışlaram səni"dir. Qeyd edək ki, bundan öncə İstanbulda səfərdə olan Aslan apardığı müşahidələrini bölüşdü: "Çox zaman sənət əhli Azərbaycanda texnikanın zəif olmasını problem kimi görür. Amma İstanbuldakı müşahidələrimdən sonra əslində problemin bu olmadığı qənaətinə gəldim. Bizdə yaxşı, standartlar səviyyəsində texniki avadanlıq var. Sadəcə, onu işlədə biləcək mütəxəssisimiz azdır. Mənim fikrimcə, bizim yaxşı səs rejissorlarına ehtiyacımız var. Buna aid bir misal çəkim, süpürgəci, elə bil, zibili külək gələn tərəfə süpürür. Texnikanı işlədən əksəriyyət də bu cür işləyir", - deyə Aslan təəssüflə qeyd etdi. Geri qayıt |