Əsas Səhifə > Gündəm, Manşet > XƏTAİNİN İCRA BAŞÇISI ÇIXARILIR
XƏTAİNİN İCRA BAŞÇISI ÇIXARILIR18-01-2012, 12:56 |
ONUN YERİNƏ SÜRPRİZ BİR NAMİZƏD TƏYİN OLUNACAQ DİA.AZ: - Çoxdandır gedişi barədə məlumatlar yayılan Xətai rayonunun icra hakimiyyətinin başçısı Razim Məmmədovun görəvdən alınma dönəmi yaxınlaşıb. Bu barədə məlumat redaksiyamıza Nazirlər Kabinetindəki qaynaqlardan ötürülüb. Mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) bildirdiklərindən belə aydın olur ki, Razim Məmmədov günü bu gün də problemləri həll edilməyən «GEN» MMC qurbanlarının güdazına gedir. Xatırlaldaq ki, bu qalmaqallı işdə icra başçısının da adı hallandırılır və məlum olur ki, Razim Məmmədov tikinti şirkətinə ortaq olub və pulları mənimsənilən istehlakçılara vurulan zərərdə onun da payı var. Onu da bildirək ki, bu ittihamı dəfələrlə «GEN» MMC zərərdiddədəlirinin dilindən də səslənib. Onlar keçirdikləri mətbuat konfransı zamanı sözügedən faktı açıqlayaraq məsələ ilə bağlı hətta ölkə prezidentinə də müraciət ünvanlayıblar. Məhz bundan sonra dövlət rəhbərlərinin işə qarışdığı da məlum oldu. Və sonradan aydın oldu ki, «GEN» MMC qurbanlarının maraqlarının təmin edilməsi üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov işə təhkim olunub və hətta birbaşa olaraq prezidentin bu barədə göstərişinin olduğu da söylənilir. Lakin FHN şefi də problemi həll etməyib. Yayılan xəbərlərdə söylənilirdi ki, Kəmaləddin Heydərov bununla bağlı Razim Məmmədova müraciət etsə də, icra başçısı nazirin sözlərini qulaqardına vurub. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Razim Məmmədov bu proses nəticəsində külli miqdarda pul mənimsə də, yaxasını dəfələrlə kənara çəkib və hətta sorğu-sual zamanı onun prezidentin nümayəndələrinə də yalan danışdığı məlum olub. Məhz bu səbəbdən Razim Məmmədov hakimiyyətin icra başçıları ilə bağlı nəzərdə tutduğu kadr islahatlarının ilk dalğasındaca yola salınacaq. Bu arada mənbəmiz maraqlı bir faktı da diqqətimizə çatdırdı. Verilən xəbərdən aydın olur ki, Razim Məmmədovun yerinə - Xətai rayon icra hakimiyyətinin başçısı postuna Gədəbəyin keçmiş deputatı Nazim Məmmədov təyin ediləcək. Onu da bildirək ki, Nazim Məmmədov son parlament seçkilərində namizəd olsa da, sonradan bu iddiasından geri çəkilmişdi. Geri qayıt |