Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELŞAD ABDULLAYEVİN ADI TÜRKİYƏDƏ NİYƏ ÇƏKİLİB?
ELŞAD ABDULLAYEVİN ADI TÜRKİYƏDƏ NİYƏ ÇƏKİLİB?27-09-2013, 11:21 |
Türkiyə polisi uzun müddət apardığı araşdırmadan sonra dünən şok əməliyyat keçirib. AZERİNFO.ORG-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ankarada “orqan nəqli” əməliyyatında aralarında professor və həkimlərin də olduğu çox sayda adam həbs edilib. Polisin araşdırmalarının bir qolunun Azərbaycana cıxdığı iddia edilən beynəlxalq cinayətkar qrupun tərkibində azərbaycanlı həkimlər də var. 17 ildir bu işlə məşğul olduğu deyilən qrupun tərkibində 100-dən artıq həkim var. Saxta sənədlərlə orqan nəqli etdikləri iddia edilən həkimlər, polisdə ifadə veriblər. Şübhəlilərin, donor ilə xəstəni qohum kimi göstərərək, nəql əməliyyatları etdikləri bildirilir. İstintaq getdiyi üçün daha ətraflı məlumat verilmir. Bilinən odur ki, daha çox post-sovet ölkələri ilə əlaqəli olan şəbəkə Azərbaycan, Ukrayna və Gürcüstanda daha ciddi kanallara sahibdir və türk polisinin əldə etdiyi məlumatlar doğrulanacağı təqdirdə, həbslər bu ölkələrə də uzana bilər. DİA.AZ bildirir ki, artıq Azərbaycanda orqan alveri ilə bağlı Elşad Abdullayevin keçmiş "silahdaşlarının" mühakiməsi gedir. Və ABU-nun keçmiş rektoru bu cinayət əməli ilə bağlı beynəlxalq axtarışa verilib. Geri qayıt |