Əsas Səhifə > Sosial, Manşet > CƏNUB BÖLGƏSİNDƏN ƏLİKRAM HÜMBƏTOVA ÖLÜM FƏTVASI

CƏNUB BÖLGƏSİNDƏN ƏLİKRAM HÜMBƏTOVA ÖLÜM FƏTVASI


27-09-2013, 12:30
CƏNUB BÖLGƏSİNDƏN ƏLİKRAM HÜMBƏTOVA ÖLÜM FƏTVASI
«BU GÜN HƏR BİR TALIŞ ƏSİLLİ VƏTƏNDAŞIN BOYNUNUN BORCUDUR Kİ»…

DİA.AZ: - Redaksiyamıza cənub bölgəsinin bir qrup sakini adından açıqlama daxil olub. Lənkəran, Astara, Lerik və Masallı rayonunda yaşayan soydaşlarımızı qəzəbləndirən separatçı Əlikram Hümbətovun İrəvana və Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi, həmçinin onun səfərləri boyunca xəyanətkar açıqlama verməsidir.

DİA.AZ-a daxil olan müraciəti imzalayanlar talış əsilli olduqlarını bildirərək deyirlər: «Bu gün Azərbaycanda yaşayan bütün xalqları düşündürən bir problem var ki, o da Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsi, bu işğal zamanı görünməmiş vəhşiliklərə imza atılmasıdır. Bunu unudan azərbaycanlının, Azərbaycanda yaşayan şəxsin vicdanı, namusu qeyrəti yoxdur.

Bu gün Əlikram Hümbətov bir zamanlar döyüşdüyü ermənilərlə qolboyun olaraq şəhidlərimizin ruhunu təhqir edib. Bunu kimsə bağışlamayacaq. Və biz Azərbaycanda yaşayan talışlar adından bəyan edirik ki, Əlikram Hümbətovun başını öz əllərimizlə kəsməyə hazırıq.

Bu adamın niyyəti nədir? Hansı amala qulluq edir? Bu adam nə qədər şərəfsizləşib ki, vətənini, milli kimliyini, qeyrətini unudaraq, vicdan, insani hissləri bir kənara ataraq Azərbaycan türkləri ilə yanaşı, yüzlərlə talış kökənli Azərbaycan vətəndaşının da qanını tökmüş ermənilərlə əl tutur, onların dəyirmanına su tökür, onların əlində sıradan alətə çevrilir».

Daha sonra müraciət müəllifləri bəyan edirlər ki, bu gündən hər bir talış əsilli azərbaycanlının boynunun borcu Əlikram Hümbətovu layiq olduğu cəzaya çatdırmaqdır.

Geri qayıt