Əsas Səhifə > Cəmiyyət, Manşet > HACI İBRAHİM DÖVLƏTDƏN ÜSTÜNDÜRMÜ?

HACI İBRAHİM DÖVLƏTDƏN ÜSTÜNDÜRMÜ?


27-09-2013, 16:05
HACI İBRAHİM DÖVLƏTDƏN ÜSTÜNDÜRMÜ?
QARDAŞINAMI GÜVƏNİR, YOXSA TİKDİYİ ADAYA?

DİA.AZ: - Əlində maliyyə arayışı , kassa-mədaxil qəbzi " HƏSƏN - 96 " MTK ilə ikitərəfli müqavilə bağlamış Qazax rayon sakini, sahibkar Elşad Məmmədov "AVESTA"konserninə daxil olan "Həsən - 96" MTK-a ilə heç bir iş birliyi olmadığını və onun 355 000 manat vəsaitini mənimsəmə faktına dair yenidən DİA.AZ-a müraciət etmişdir. Qeyd edək ki, Elşad Məmmədov "AVESTA" konserninə daxil olan "Həsən - 96" Mənzil Tikinti Kooperativi tərəfindən Nəsimi rayonu , Abay döngəsi , 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə şirkətlə müqavilə baglayıb .

Elşad Məmmədov portalımıza açıqlamasında deyir: “Çoxsaylı müraciətlərimə baxılmır. Məhkəmələr Hacı İbrahim Nehrəmlinin sifarişini yerinə yetirir. Hacı İbrahim Nehrəmlinin qanunsuzluğu Nəsimi Rayon Məhkəməsinin hakimi Səyyad Qafari tərəfindən ört-basdır edilir. Mənim iştirakım olmadan, mənə məxsus iki ədəd mənzilin sənədlərini qanunsuz olaraq sifarişlə ləğv edib”.

Bildirək ki, şikayətçi Hacı İbrahim Nehrəmlinin qanunsuz əməllərinin, özbaşınalıqlarının Nəsimi Rayon Məhkəməsinin hakimi Səyyad Qafari tərəfindən ört-basdır edildiyini də iddia edir. Səyyad Qafarinin ədalətsiz və sifarişli çıxardığı qətnamə barəsində Apelyasiya Məhkəməsinə şikayət etmiş Elşad Məmmədov bildirir ki, burada da o, haqsızlıqla üzləşib. Belə ki, Apelyasiyanın hakimi Xuraman Məhərrəmli , onun qanuni sənədlərimi birinci instansiyada tanıyıb və onların vəkillərinə bildirib ki, “Bu sizin üçün 1kq alma alveri deyil”, vətəndaşın əlində qanuni sənədləri var!”

Lakin milyarder Hacı İbrahim Nehrəmli ikinci instansiyada özünün və dövlət işində işləyən qardaşlarının nüfuzundan istifadə edib, qərarı öz xeyrinə çıxartdırıb. Belə çıxır ki , "Khazar İsland" layihəsinin rəhbəri, Diasporalarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı olan Haci İbrahim Nehrəmlinin nüfuzu bütün rəsmi sənədlərin hüquqi mahiyyətini üstələyir. Bunu da haqqı tapdanan sahibkar söyləyir və əlavə edir ki, oktryabrın 2-də işə Ali Məhkəmədə baxılacaq: “Mən inanıram ki, orada qanun öz sözünü deyəcək”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt