Əsas Səhifə > Güney Press, Araşdırma > "AZƏRİQAZ" RƏHBƏRLİYİNİN QAZLANMASI...
"AZƏRİQAZ" RƏHBƏRLİYİNİN QAZLANMASI...28-09-2013, 11:06 |
Bu "Azəriqaz"ın da qəribə təbliğat maşını varmış. İnformasiya tutumu varsa da sanki ötən əsrin əvvəllərini xatırladır, bəsit dildədir. Bu irada görə məni günaha batırmayın. Vallah qəribə açıqlamaları olur Əkbər Hacıyevin bu idarəsinin. Bir müddət öncə bütün ölkəyə elan etmişdilər ki, Azərbaycanın işğal altında olan ərazisi istisna olmaqla yerdə qalan bölgələrin hamısı qazlaşdırılıb. Əvvəllər yalan informasiya verəndə gözləyərdilər ki, heç olmasa xalqın yadından çıxsın, sonra yenisini efirə buraxsınlar. İndi daha yalan danışanlarımızda da səbr qalmayıb deyəsən. "Azəriqaz"ın yalanının "qazı" heç qaçmamış məlum oldu ki, hətta belə bolluqda bəzi rayon mərkəzlərində, məsələn, Saatlıda da qazlaşdırma problemi var. Bakının lap qullağının dibində, ətraf qəsəbələrdə də bu mənzərəyə şahidlik etmək mümkündür. Bu günlərdə isə "Azəriqaz"a istinadən Masallıda bir neçə kəndə qaz çəkilməsi ilə bağlı xəbər yayıb. İndi bunun hansına inanasan? Əvvəla sizləri əmin edirəm ki, "Azəriqaz” QSC-nin ləğv olunaraq istehsalat birliyi kimi ARDNŞ-nin tərkibinə verilməsindən bəri bu idarənin kuluarlarında görünən və ya görünməyən heç bir müəmmaya inanmamışıq. Gözləmişik ki, əhalinin qaz təminatının sürətləndirilməsi, bu sahədə mövcud olan korrupsiya hallarının kökünün kəsilməsi ilə bağlı ölkə rəhbərliyinin ARDNŞ rəhbərliyi qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsinə heç olmasa zəmin yaradılsın. Biz də sevincək oxuculara ard-arda şad xəbərlər çatdıraq. Bə noooldu ə...ə...Əkbər müəllim, hıy? Axı nöqsanlı və problemli fəaliyyətinizlə himayədarınızı çətin vəziyyətdə qoyubsunuz. Rövnəq Abdullayevi deyirəm. Effektsiz addımlarınız ARDNŞ prezidentinin imicinə ciddi kölgə gətirir axı. İndi də Əkbər Hacıyevin "sandıq" ovqatında olduğu barədə çox məlumat dolaşır. "Azəriqaz” baş direktoru artıq vəzifəsini tərk etməyə hazırlaşır. Təbii ki, Əkbər Hacıyevin məsuliyyətinin böyük bir hissəsi elə onun himayədarının üzərindədir. Başa düşürük, "Azəriqaz" la bağlı ARDNŞ rəhbərliyi yol verilmiş yanlışlıqların hesabının dövlət rəhbərliyi tərəfindən soruşulacağından ehtiyat edir. Necə olmasa, fikir belədir ki, hər halda Əkbər Hacıyev baş direktor vəzifəsindən kənarlaşdırılırsa, məsələnin ciddiləşdiyi göz qabağına gəlir. Elə isə iş bacarmayan, Rusiyada təhsil aldığı deyilən, deyilənə görə rusca dvajdı dva nədi bilməyən Əkbər Hacıyevi bu ağır məsuliyyət yükünün altına dartıb gətirməyə nə ehtiyac varıydı? Vallah bişmiş toyuğun gülməyi barədə eşitməmişəm. Amma adam arasında bəzi yalanlarla bağlı səslənən gözəl ifadədir. "Azəriqaz" rəhbərliyinin plansız yalanları da elə bu sıraya aid edilə bilər. Adama deyərlər, heç olmasa gedin söyləyəcəyiniz yalanların konturlarını qabaqcadan cızın ki, xalq arasında hörmətdən düşməyəsiniz. Geri qayıt |