Əsas Səhifə > Dünya > AMERİKA İLƏ İRAN DİL TAPA BİLƏCƏKMİ?
AMERİKA İLƏ İRAN DİL TAPA BİLƏCƏKMİ?28-09-2013, 11:24 |
ABŞ liderinin iranlı həmkarı Həsən Ruhaniyə cümə zənginə baxmayaraq ABŞ və İran arasında nüvə problemi üzrə danışıqlar prezident səviyyəsində davam etməyəcək. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Ağ evin yüksək vəzifəli nümayəndəsi məlumat verir. ABŞ Prezidenti cümə günü bildirib ki, İranın nüvə probleminin həlli yolunu Ruhani ilə telefon vasitəsilə müzakirə edib. "Biz hesab edirik ki, bu prezident səviyyəsində keçiriləcək danışıqlar deyil. Biz gözləyirik ki, onlar texniki ekspertlərinin dəstəyi ilə, beş üstəgəl bir (BMT TŞ-nın beş daimi üzvü və Almaniya) formatında xarici işlər nazirləri səviyyəsində aparılacaq, - Ağ evin nümayəndəsi bildirib. Onun sözlərinə görə, Obama ABŞ və İran nümayəndələrinin bu dialoquna və birgə işinə təkan vermək niyyətindədir. Geri qayıt |