Əsas Səhifə > Sosial, Manşet > CAVİD QURBANOVU SEÇKİLƏRƏ QƏDƏR HƏBS ETMƏLİ İDİLƏR
CAVİD QURBANOVU SEÇKİLƏRƏ QƏDƏR HƏBS ETMƏLİ İDİLƏR30-09-2013, 09:54 |
AMMA PLAN BAŞ TUTMADI: ASC PREZİDENTİ SİRLİ QORUMA ÇƏTİRİ ALTINDA DİA.AZ: - «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanov son günlərin əsas hədəfi olsa da, onun yenidən «kəfəni yırtması» barədə məlumatlar yayılıb. Bu barədə hökumət içindəki bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, deputat özü üçün «çətir» formalaşdırdığından hətta dövlətə qarşı cinayət kimi dəyərləndirilə biləcək «əməllərindən» sığortalanmış vəziyyətə gəlib. Hər halda, ASC prezidentinin bu «sirli qoruma pərdəsi» altında uzun müddətə davam gətirməyəcəyi də söylənilir. Redaksiyamıza daxil olan məlumatlara görə, Cavid Qurbanovun həbsi məsələsi hətta bu şəraitdə belə aktuallığını qorumaqdadır. Mənbənin söylədikləri: «Bu gün Cavid Qurbanov çox ciddi qüvvənin hədəfindədir. Onun qələminin qırılması üçün sadəcə əhəmiyyətli faktların təqdimatı zərurəti var. Yəni bu o deməkdir ki, istənilən bir toxunulmazlıq şəraiti onun müqavimətininin əbədililiyini qarantiləmir. Bunun üçün isə zhamana ehtiyac var». Bu məsələnin əslində seçkilərə qədər həll olunmasının hədəfləndiyini bildirən mötəbər mənbə iddia dir ki, proseslər heç də rəqiblərinin hesabladığı formada cərəyan etmədiyindən Cavid Qurbanovla bağlı addımların atılması da yubanır: «Zamanında Cavid Qurbanov təhlükəli oyunlara girib. Elə onun sürücüsünün adının İranın xüsusi xidmət orqanları ilə qoşa çəkilməsi də təsadüfi deyil. Bu gün də onun üçün təhlükəli gələcək vəd edən xətm olunmamış, yeni açılmış cinayət işləri var. Və bu da o deməkdir ki, ASC prezidentini nə zamansa tələyə sala biləcəklər». Bu arada bilgili qaynaq maraqlı bir faktı da açıqladı: «Məlumdur ki, Cavid Qurbanov zaman-zaman nəqliyyat naziri Ziya Məmmədovun çətiri altında görünüb. Amma indi Ziya Məmmədov ASC prezidentinin arxasından çəkilib. Bu fakt da onun «vurulacağı» anını tezləşdirə biləcək mühüm faktordur». Geri qayıt |