Əsas Səhifə > Güney Press, Araşdırma > ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI

ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI


30-09-2013, 10:23
ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI
AMAC ƏLAQƏLƏRİNİ QURUR

DİA.AZ: - Xəbər veruldiyi kimi Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyası (AMAC) Təşkilat Komitəsinin üzvləri Türkiyə Respublikasında səfərdədir. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, AMAC təşkilat komitəsinin sədri Hürrü Əliyev, təşkilat komitəsinin üzvləri Rafiq Turabxanoğlu, Həsən Qasımov və Azər Talıbovun iştirak etdiyi səfər çərçivəsində qardaş ölkədə bir sıra mühüm görüşlər keçirilib.

Azərbaycan Kültür Dərnəyindən xeyir-dua

AMAC mətbuat xidmətindən verilən məlumata görə partiya rəhbərliyi Türkiyə səfərini ilk olaraq Anıt Qəbri və Məhəmməd Əmin Rəsulzadənin məzarın ziyarətlə başlamışlar. Bundan sonra Azərbaycan Kültür Dərnəyinin Ankara ofisində dərnəyin başqanı Cəmil Ünal, başqan yardımçısı Səlcuq Onalla görüş keçirilmişdir. Gorüşdə Azərbaycandakı durum, AMAC-ın yaranma səbəbi, partiyanın cəmiyyətə təqdimat prosesi və hədəfləri haqqında Hürrü bəy məlumat verib. Səmimi muzakirələr əsasında keçən görüşdə Cəmil Ünal AMAC təşkilat komitəsi uzvlərini təbrik edərək Azərbaycan problemlerini həll etmək niyyətində olan hər kəsə , o cumlədən AMAC-a mənəvi dəstək olacaqlarını vurğulamış və partiyanın gələcək fəaliyyətinə uğurlar diləmişdir.

Böyük Birlik Partiyasında görüş

AMAC rəhbərliyi həmşinin Böyük Birlik Partiyasının mərkəzi qərargahında BBP-nin Genel sekretar başkanı Üzeyir Tuncla görüşmüşlər. Gorüşdə AMAC-ın yaranma zərurəti , məramı ve məqsədi haqda geniş məlumat verən Hürrrü Əliyev Elçibəy ve Möhsün Yazıcıoğlunun türk sevdalıları olaraq bir dava arkadaşları və dost olduqlarını vurğulamışdır. Türkiyə səfəri çərçivəsində özlərinə borc bilərək M.Yazıçıoğlunun məzarını ziyarət etdiklərini, Azərbaycanda hər bir türk millətçisinin bu böyük şəxsi sevgi və sayğıyla andığını deyən Hürrü bəy BBP-nin mənəvi liderinə Allahdan rəhmət, fəaliyyetde olan rəhbərliyinə sayği və diqqətlərinə göre təşəkkürlərini bildirib. Ölke xaricində səfərdə olan BBP Genəl başkanı Mustafa Dəstəçinin AMAC rəhbərliyinə salamlarını çatdıran Genel Sekretar Başkani Üzeyir Tunc “bir ortaq sevda daşıyıcıları olaraq, qardaş ve yol adamları olaraq her zaman sizinləyik” yeni yaranan partiyaya uğurlar arzuladı. Geniş və səmimi müzakirələrlə keçən görüşə daha sonra Möhsün Yazıçıoğlunun oğlu Furkan Yazıcıoğlu da qatılıb və oktyabrın ikisində BBP Genəl başkanı Mustafa Dəstəçinin də qatilacağı növbəti görüşün zamanı ayarlanıb.

Milliyətçi Türkiyə Partiyasında qapalı görüş

Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının Təşkilat Komitəsini üzvləri Türkiyə səfəri çərçivəsində Milliyətçi Türkiyə Partiyasında görüş keçirmişlər. Görüşde AMACP Təşkılat Komitesi terefinden teşkilat komitesinin sədri Hürrü Əliyev, TK üzvləri Rafiq Turabxanoğlu, Həsən Qasımov və Azər Talıbov, MTP tərəfindən isə partiya başkanı Ahmet Yılmaz və baş katibi Ferrux Kapancıoğlu iştirak etmişdir. Görüş zamanı Hürrü Əliyev yeni yaranan partiyanın məqsəd və məramları haqqında MTP rəhbərliyinə bilgi verdi ve onları bu yaxınlarda keçirməyi planladıqları qurultaya dəvət etdi. Ahmet Yılmaz dəvətə görə təşəkkür edərək AMAC-ın Rəsulzadə-Elşibəy yolunun layiqli davamçısı olacağına inamını ifadə edərək “Qarabağın azadlığı, Azərbaycanın bütövlüyü həm də Türkiyənin və bütün Türk Dünyasının məsələsidir” deyə əlavə etdi. Daha sonra görüş Ahmet Yılmaz və Hürrü Əliyev arasında ikilikdə davam etdi.
AMAC mətbuat xidmətindən verilən məlumata görə partiya rəhbərliyinin Türkiyə səfəri davam edir.

ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI
ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI
ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI
ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI
ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI
ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI
ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI
ELÇİBƏYİN QARDAŞIOĞLU TÜRKİYƏDƏ XEYİR-DUA ALDI
Geri qayıt