Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİKAYIL CABBAROVUN SÖZÜNÜN KƏSƏRİ YOXDUR?
MİKAYIL CABBAROVUN SÖZÜNÜN KƏSƏRİ YOXDUR?30-09-2013, 11:31 |
Bakının Nizami rayonunun 70 saylı orta məktəbində təhsil naziri Mikayıl Cabbarovun əmrinə məhəl qoyulmur. Belə ki,nazirin əmrinə əsasən məktəblərin əksəriyyəti kimi adıçəkilən məktəb də 5 günlük dərs sisteminə keçsə də, 70 saylı məktəbin direktoru bu əmrə əməl etmir. Valideyinlərin çoxsaylı suallarına cavab olaraq məktəb direktoru qəribə cavab verib: “Əşşi nazirdi də, ola bilsin ki, prezident seçkilərindən sonra verdiyi əmri yenə də dəyişsin”. Məktəb direktorunun sözündən belə çıxır ki, o nazirin verdiyi əmrlərə qeyri -ciddi yanaşır. Qeyd edək ki, bu yaxınlarda biz Qafqaznews.az olaraq Nizami rayonunda ki,məktəblərdə 1 -ci siniflərə kitab verilmədiyi barədə “Bakının Nizami rayonundakı məktəblərdə rüsvayçılıq”adlı yazı dərc etmişdik . Yazıda qeyd olunur du ki, Şikayət edən valideyinlərin dediyinə görə sentyabırın 16-da dərslər başlayan kimi onlar dərsliklə bağlı problemlə üzləşiblər. Belə ki, Nizami rayonunda yerləşən orta məktəblərdə aşağı siniflərə gedən şagirdlərin valideyinlərinə bildirilib ki, məktəblərdə kitab yoxdur və həmin kitabları onlar özləri tapıb almalıdırlar. Redaksiyamıza müraciət edən valideyinlər də uşaqlarının kitablarını əldə etmək üçün dükanlara üz tutmağa məcbur olublar. Valideyinlərin sözlərinə görə satışda ola həmin kitabların qiymətləri 10 manatdan başlayaraq üzü yuxarı qalxır. Bu yazıdan sonra bəzi mətbu orqanlar təhsil nazirliyi ilə əlaqə saxlayaraq bu problemə aydınlıq qətirilməsini xahiş etmişdi. Təhsil nazirliyindən də cavab olaraq etiraf ediblər ki, dərs kitabları ilə bağlı müəyyən problemlər yaşanıb .Təhsil nazirliyindən bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində dərsliklərin çatışmazlığı problemi yoxdur. Lakin bəzi məktəblərin, xüsusilə I sinif şagirdlərinin sayı ilə bağlı verdiyi proqnozlardakı uyğunsuzluqlarla və 6 yaşı dekabrın sonunadək tamam olacaq xüsusi istedadlı uşaqların I sinfə qəbulu ilə əlaqədar, yuxarı siniflərdə isə yerdəyişmə və digər səbəblərdən dərsliklərin çatdırılmasında ləngimələr var və bunu nəzərə almaq lazımdır. Məlumatda həmçinin bildirilir ki, məsələ az müddətdə həllini tapacaq və nazirliyin nəzarətindədir. Təhsil nazirliyi bildirir ki,nazirliyin sifarişi hesabına çap olunan dərsliklər məktəblərə verilir və kodlaşdırılır. Həmin dərslikləri satışa çıxarmaq mümkün deyil və bunun üçün təhsil müəssisələri cavabdehdir Düzdür, bizim yazını dərc edərkən bəzi saytlar bizə istinad etməmişdir. Bir tərəfdən biz heç onları qınamırıq da. Çünki əfsuslar olsun ki, başqasının yazısını götürüb istinadsız onu öz yazısı kimi vermək mətbu orqanlar arasında artıq adi bir hala çevrilib. Qeyd edək ki, QafqazNews.az–da dərc olunan həmin yazıdan sonra Nizami rayonunun 70 saylı orta məktəbin direktoru səhərisi gün çatışmayan kitabları özü şəxsən şagirdlərə paylamışdır. Bütün bunları nəzərə alaraq biz inanırıq ki, bizdən savayı hansısa mətbu orqan bizə istinadən və yaxud da bizə istinadsız yuxarıda qeyd etdiyim yeni problemlə bağlı təhsil nazirliyi ilə əlaqə saxlayaraq soruşsa ki, “70 saylı məktəbin direktoru niyə nazirin verdiyi əmrə qeyri- ciddi yanaşır? “yəgin ki, bu problem də tezliklə aradan qaldırılar. \ qafqaznews.az \ Geri qayıt |