Əsas Səhifə > Güney Press, Araşdırma > DAHA BİR BAŞÇIDAN PREZİDENTƏ YALAN HESABAT
DAHA BİR BAŞÇIDAN PREZİDENTƏ YALAN HESABAT30-09-2013, 12:54 |
“Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərin 9-cu mikrorayon ərazisində inşa edilən Heydər Əliyev parkı ilə bağlı məsələdə prezident İlham Əliyevi aldadıb”. Bu barədə Moderator.az saytına özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, öz işgüzarlığını nümayiş etdirmək üçün parkın giriş hissəsini təmir edən icra başçısı, cəngəlliyi xatırladan arxa hissələrə “əl gəzdirməyi” lazım hesab etməyib: “Sumqayıtın dənizkənarı parkdan sonra ikinci ən böyük parkı hesab edilən Heydər Əliyev parkında təmir-tikinti işləri başa çatmadan parkın açılışı həyata keçirilib. Belə ki, parkın girişindən ortasına qədər ərazidə təmir-bərpa işləri həyata keçirən icra başçısı, eyni parkın arxa hissəsində hər hansı yenidənqurma işi aparmağı lazım hesab etməyib. Məhz bu səbəbdən də bu gün parkın arxa hissəsi sözün həqiqi mənasında nəhəng zibilxana və cəngəlliyə bənzəyir. İşin ən maraqlı tərəfi isə icra başçısının parkı ölkə başçısına məhz bu şəkildə təqdim etməsidir. Parkın təmir edilən hissələrini ölkə başçısına təqdim edən icra başçısı, bu gün də parkın arxa hissəsini küçə həyatı keçirən tüfeyli ünsürlərin sevimli məkanı kimi baxımsız vəziyyətdə saxlamaqdadır. Görünür, icra başçısı parkı tam təmir etmək üçün daha bir neçə milyona ehtiyac duyur”. Geri qayıt |