Əsas Səhifə > Cəmiyyət, Manşet > QƏRB AZƏRBAYCAN MÜXALİFƏTİNİ BAĞIŞLAMADI

QƏRB AZƏRBAYCAN MÜXALİFƏTİNİ BAĞIŞLAMADI


1-10-2013, 09:15
QƏRB AZƏRBAYCAN MÜXALİFƏTİNİ BAĞIŞLAMADI
BUNA GÖRƏ BEYNƏLXALQ TƏŞKİLATLAR BUİLKİ SEÇKİLƏRƏ HƏVƏSLİ DEYİLLƏR

DİA.AZ: - Prezident seçkilərilə bağlı bu il ənənəvi taktikasından imtina edib, ilk dəfə olaraq Rusiya ilə yollaşmağa çalışan Azərbaycan müxalifətinin artıq Qərblə münasibətlərində ciddi çatın əmələ gəldiyi indiki məqamda sözün bütün mənalarında hiss olunmaqdadır. Xatırlayırsınızsa, əvvəlki seçki ərəfələrində Qərbə aid müxtəlif beynəlxalq təşkilatlar, institutlar az qala müxaliflər üçün cangüdən rolunu oynayırdılar. İndi belə bir məhrəmlikdən əsər-əlamət belə qalmayıb. Ki, bu da daha çox müxalifətin həm də Qərbə xəyanətinin təcəssümü kimi qəbul edilməlidir.

Bu barədə DİA.AZ-ı bilgiləndirən müxalifətin tanınmış simalarından biri çox maraqlı faktları da açıqladı: «Bu günlərdə həbslərlə, təzyiqlərlə bağlı kifayət qədər tanınmış beynəlxalq təşkilata müdaxilə etmələri, reaksiya vermələri üçün Bakıdan müraciət göndəriləndə, həmin Azərbaycandakı müraciət edən tərəfə mərkəzi ofisi Brüsseldə olan təşkilat tərəfindən çox ilginc bir cavab verilib. Rəsmən bildirilirdi ki, Azərbaycan müxalifətinin liderləri Rusiya kəşfiyyatı ilə əlaqədə olan şəxslərin nəzarəti altında olduqlarından bu seçkilərin ciddi şəkildə nəzarətə alınması kimi hər hansı planlama gündəmdə deyil».

Bəli, bu fakt olduqca ciddidir. Və bu fakt da təsdiqləyir ki, ənənəvi prinsiplərdən imtina müxalifətin beynəlxalq təşkilatlarla münasibətlərindəki reputasiyasını belə təhlükə altına alıb. Əslində bu gün Cəmil Həsənlinin nümayiş etdirdiyi onun bu günə qədər müşahidə olunan xarakterik keyfiyyətləri ilə uzlaşmayan hədsiz radikallığı daha çox köhnələrin, heç də uzaqda olmayan köhnələrin unudulmasına hesablanırmış kimi də görünə bilər. Yəni kifayət qədər tanınmış fiqur olan Rüstəm İbrahimbəyov indi xatırlanmır, Cəmil Həsənlinin cılız bədənindən doğan radikallığın fonunda rəsmən unudulub. Halbuki Rüstəm İbrahimbəyovun adı daha çox xəyanətin ekvivalenti kimi qəbul olunurdu. Ən azından ona görə ki, Rüstəm İbrahimbəyov üçün bu millətin özü kimi problemləri də ögey idi. Adam rəsmən Rusiyanın qucağında oturduğunu, Azərbaycan türkünün Qarabağ kimi acısına isə absurd Qafqaz həmrəyliyi gözlüyündən baxdığını gizlətmirdi. Halbuki bu gün Azərbaycanda daha populyar olanı «Qafqazı ermənilərə dar edəcəyik» şüarı idi. Amma Rüstəm İbrahimbəyov bunun tamam əksini söyləməklə Azərbaycanda reputasiya qazanmağa çalışırdı ki, bu da müxalifət üçün böyük reytinq aşılanmasına gətirib çıxardı.

Amma indi tamam fərqli bir ab-hava var. Və bu ab-hava da təsdiqləyir ki, Qərb dairələri müxalifətin səmimiyyətinə inanmır. Elə bu da əsas yaradır ki, bu il Azərbaycanda həəsli olmayan, daha doğrusu, Azərbaycan müxalifətindən soyumuş Qərb prezident seçkilərini sadə dildə ifadə etməyə bəri başdan hazırdır. Bu isə artıq Kremllə də münasibətlərini yoluna qoymuş rəsmi Bakının tam maraq dairəsindədir.

Geri qayıt