Əsas Səhifə > Partiya > BELORUS SƏFİRLİYİ CƏMİL HƏSƏNLİYƏ REAKSİYA VERDİ

BELORUS SƏFİRLİYİ CƏMİL HƏSƏNLİYƏ REAKSİYA VERDİ


1-10-2013, 09:44
BELORUS SƏFİRLİYİ CƏMİL HƏSƏNLİYƏ REAKSİYA VERDİ
Belarusun Azərbaycandakı səfirliyi açıqlama yayıb. AzərTAc-ın məlumatına görə, açıqlamada deyilir ki, müxalif Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Azərbaycandan Belarusa 1 faiz dərəcəsi ilə kredit verilməsi barədə bəyanatı həqiqətə uyğun deyil: “Hazırda Belarus hökumətinin Azərbaycan hökuməti qarşısında borc öhdəliyi yoxdur. Maliyyə-kredit sahəsində iki ölkənin təsərrüfat subyektləri arasında münasibətlər sırf bazar prinsipləri əsasında qurulur”.

Sentyabrın 28-də İctimai Televiziyadakı debatda çıxış edən Cəmil Həsənli belə bir bəyanat verib: “Ölkədə bank talançılığı gedir. Azərbaycanda elə bir ailə yoxdur ki, bankların əsarətinə, bankların asılılığına düşməsin. Baxın, bunlar Belarusa krediti 1 faizə, Azərbaycan vətəndaşına 25-33 faizə verirlər. Bu gün o kreditləri, o faizləri qaytara bilməyən adamlar çıxış yolunu intiharda görürlər. Biz artıq neçə rayondan bu tipli məlumatlar almışıq. Nə üçün bank kreditləri yüksəkdir? Ona görə ki, demək olar, 10 bankdan yeddisi prezident ailəsinə məxsusdur. Bu illik faizləri qoyan məhz bunlardır”.

Geri qayıt