Əsas Səhifə > Dünya > SURİYA İKİLİ STANDARTDAN ŞİKAYƏTÇİDİR

SURİYA İKİLİ STANDARTDAN ŞİKAYƏTÇİDİR


1-10-2013, 10:13
SURİYA İKİLİ STANDARTDAN ŞİKAYƏTÇİDİR
“Səksən üç ölkədən gələn terorçular cihad adı altında xalqı qətlə yetirirlər.”

SalamNews-un “Reuters”ə istinadla verdiyi xəbərə görə, bunu Suriyanın XİN rəhbəri Vəlid əl-Müəllim BMT Baş ssambleyasının toplantısında çıxışı zamanı bildirib. O, 11 sentyabr hadisələrinə işarə edərək, ABŞ xalqının terora məruz qaldığı kimi Suriyanında terora məruz qaldığını deyib: "ABŞ terora qarşı mübarizədə iddialıdırsa, necə ola bilər, mənim ölkəmdə teroru müdafiə edir."

V.əl-Müəllimin BMT-dəki bu bəyanatı ABŞ-ın BMT-dəki nümayəndəliyi tərəfindən pislənib və nazirin son çıxışının məkrli və təhqiredici olduğu bildirilib.

Xatırladaq ki, Suriyada sülhün bərqərar edilməsi istiqamətində keçiriləcək “Cenevrə-2” danışıqlarının gələn ayın ortalarında keçirilməsi nəzərdə tutulub. Suriya hakimiyyəti və müxalifətin koalisiyası iclasda iştirak etmək üçün ilkin razılıqlarını veriblər.

Geri qayıt