Əsas Səhifə > Hadisə > "BU HADİSƏ OLDUQCA ÜZÜCÜDÜR"...

"BU HADİSƏ OLDUQCA ÜZÜCÜDÜR"...


1-10-2013, 11:06
"BU HADİSƏ OLDUQCA ÜZÜCÜDÜR"...
İKİ ÖVLADINI İTİRMİŞ BAŞ REDAKTORA HƏMKAR DƏSTƏYİ

Məlum olduğu kimi 07 oktyabır 2011-ci ildə Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində 2 azyaşlı övladı yandırılaraq öldürülmüşdür. Vasif Turanın İki azyaşlı övladlarının faciəvi şəkildə həlak olması nəinki hüquqa və qanuna, insanlığa sığmayan bir cinayətdir. Açılan cinayət işinin 3 ilə yaxın yubadılması istər baş redaktorun özündə, istərsə də ictimayyətədə birmənalı qarşılanmır. İşi aparan müstəntiqlər isə daha çox susmağa üstünlük verirlər. Əlbəttə ,qeyd etmək lazımdır ki,bu sıradan bir hadisə deyil.Ortada iki azyaşlı uşağın müəmmalı şəkildə yanaraq ölməsi faktı var.
Bu nəinki bir valideyn kimi baş redaktor,həmçinin hər bir normal insan üçün ağrılı bir hadisədir.Buna görə də cinayət işindən 3 ilə yaxındır müddət keçməsinə baxmayaraq hadisənin istintaq orqanları tərəfindən hələ də dəqiq araşdırılmaması narahatçılıq doğurmaya bilməz.
Məsələ ilə bağlı baş redaktorun həmkarları öz fikirlərini bildirilər.
Müstəqil Jurnalist Fikrət Fəraməzoğlu: «Vasif Turanın başına gəlmiş hadisənin açıq bir cinayət olduğu dəqiqdir. Bu müddət ərzində aparılan istintaq hərəkətlərini diqqətlə izləyən şəxs kimi onu deyə bilərəm ki, istintaq orqanları birmənalı olaraq obyektiv olmayıblar. Bunu təsdiq edən onlarla istiqamət göstərmək mümkündür. Aydın məsələdir ki, bu gün Azərbaycanda insanların taleyi puldan və mənsəbdən daha ucuzdur. Həmkarımızın başına gəlmiş müsibətin də bu səbəbdən obyektiv araşdırılmaması aydındır. Bir jurnalist və vətəndaş olaraq tələbim də odur ki, Vasif Turanın iki övladını itirməsi ilə nəticələnən bu dəhəştli faciə diqqətlə araşdırılmalı və cinayəti törətmiş şəxslər tapılaraq, cəzalandırılmalıdır».

Qafqaz Xəbər Agentliyinin rəhbəri , Qafqaznews.az-ın baş redaktoru Mahmud Tağıyev:
“Əlbəttə ,qeyd etmək lazımdır ki,bu sıradan bir hadisə deyil.Ortada iki azyaşlı uşağın müəmmalı şəkildə yanaraq ölməsi faktı var.Hesab edirəm ki, bu nəinki bir valideyn kimi baş redaktor,həmçinin hər bir normal insan üçün ağrılı bir hadisədir.Buna görə də cinayət işindən iki il keçməsinə baxmayaraq hadisənin istintaq orqanları tərəfindən hələ də dəqiq araşdırılmaması narahatçılıq doğurmaya bilməz.Hesab edirəm,ictimaiyyətin diqqətində olan bu ciddi məsələ dövlət strukturları tərəfindən yenidən araşdırılmalı və cinayət işinə dəqiq,obyektiv qiymət verilməlidir. Və əgər məlum olsa ki, işi aparan hüquq-mühafizə oqanlarının hansısa əməkdaşı ilkin istintaq zamanı cinayət işini bu və ya digər səbəbdən bilərəkdən ört-basdır etmək istəyib,təbii ki,onlar da,əsl cinayətkarlar da tapılıb cəzalandırımalıdırlar.Çox istərdim ki, jurnalist həmkarımın başına gələn bu dəhşətli faciə yenidən və ədalətlə araşdırılsın. Burada söhbət təkcə bir atanı,valideyni sevindirməkdən yox,həm də dövlətimizin nüfuzuna, qanunları pozan hansısa məmura görə xələl gələ bilməsindən gedir.Çünki redaktorun özünün də bildirdiyinə görə əgər o cinayət işinin sonacan obyektiv aparılmamasını görsə sonda beynəlxalq təşkilatlara müraciət etmək məcburiyyətində qalacaq.Ancaq ümid edirəm buna ehtiyac olmaycaq və məsələ yaxın zamanlarda , elə öz ölkəmizdə öz ədalətli həllini tapacaq”
Azəri News.org-un baş redaktoru Fikrət Fərhadoğlu :
“Hamı kimi mən də ümidliyəm...
Bu gün cəmiyyətimizdə baş verən hadisələr və ona oxşar eybəcərlikləri saymaqla bitməz. hər gün mətbuatda izlədiyimiz faciələr eləcədə ölümlərdə səbəb və səbəbkarlar mövcutdur. Faciəvi hadisə əslində hər bir kəsin başına gələ bilər. Bu baxımdan nəinki təkcə jurnalistlər ,bütün cəmiyyət də başa gətirilən bu cinayətə laqeyd qalmamalıdır. Demakratik qurluşda cinayətin açılması istiqamətində aparılan cinayət işlərinə necə yanaşılmasın deyə bilmərəm, amma hüquqi dövlətlərdə kim olursan ol bunun bədəlini ödəməlisən dəyəri müqəddəsdir. Mən indidə caşıb qalıram ki, biz hansı qurluşda yaşayırıq. Cinayət edənlər və etdirənlər, onların arxasında duranlar bilməlidirlər ki, onlar insan deyirlər. Onlaın valideyinləri, qardaşları,bacıları olmadığı kimi vətənləri də yoxdur. Bu yazınıda bu vətənsizlərə yox, illərdir övlad acısı yaşayan, ömrünün sanyəsi, dəqiqəsi hətta saatları yas içərisində olan, həmkarım, səmimiliyi və tərbiyəsi ilə dostardan seçilən Vasif Turana yazıram. Bəlkə bu yazı onun sızıldayan qəlbinə azda olsa məlhəm olar. Baş verən faciəni törədənlər,nəinki hüquqa və qanuna, insanlığa sığmayan bir cinayət törədmişlər. İndidə cinayətin ört,bastır edilməsindən ötəri hər vasitəyə əl atırlar. Onlar bilməlidir ki, təzyiq vasitə mexanizmi deyil,insanlıq normalarının ayaqlanmasıdır. Hamı kimi mənə də çox maraqlı orasıdır ki, ölkənin inkişaf etdiyi bir dönəmdə bu cinayət işinin bu qədər yubadılması anlaşılan deyil. Artıq 2 ilə yaxındır ki, məsələ ilə bağlı açıan cinayət işindən bir xəbər yoxdur. İki övladını faciəvi şəkildə itirən bir ataya sevindirici xəbər bu cinayətin açılması və düşmənlik edənlərin layiqli cəzasına çatmasıdır. Açıq-aydın görünür ki,hadisə ilə bağlı istintaq bilərəkdən obyektiv aparılmır. Deyə bilərəm ki, bu cinayətin açılmamasında maraqlı olan insanlar var. Digər həmkarlarım kimi mən də əminəm ki, buna oxşar hadisə yüksək vəzifəli məmur övladlarının başına gətirilsə idi ,cinayətkar bir-iki günə tapılardı. İndi kriminalistika elmi dünyada elə inkişaf edib ki, hətta 100 il əvvəl baş vermiş, cinayət hadisəsini detallarınacan müəyyən etmək olur. Bu baxımdan hadisənin əsl səbəbinin aşılmaması istintaq orqanlarının peşəkarlığının bizdə aşağı olmasından yox, cinayətkarın "kirişa"sının pulunun çox olmasından irəli gəlir. Mən də hamı kimi , ümid edirəm ki, dövlətə utanc gətirən bu cinayət hadisəni törədənlər yaxın zamanlarda öz cəzalarına catacaqlar. Buna adım kimi əminəm! Bu cinayətin günahkarları layiqli cəzasın almayınca dövlət öz vətəndaşının təhlükəsizliyindən danışa bilməz. Azəri News.org ailəsi olaraq hər zaman, bir vətəndaş kimi Vasif Turanın yanında olaraq ona Allahdan səbr diləyirəm. Allahdan gələn, bir gün Allaha qovuşacaq əziz qardaş. Allah o, məsum körpələrini rəhmət eləsin, nur içində yatsınlar. Amin!!!”

Dünya İnformasi Agentliyinin (dia-az.life) rəhbəri Məhməmməd Ərsoy: “Bu hadisə olduqca üzücüdür. Olayla bağlı bir daha həmkarımıza səbr diləyirəm. Amma ən acınacaqlı məqamlardan biri ondan ibarətdir ki, olayı araşdırıb gərəkən hüquqi qiyməti verməli olan qurumlar sanki suçlu imiş kimi davranırlar. Ki, bu da onsuz da baş verən olaydan acı nəsibini almış həmkarımız Vasif Turanı daha da sarsıdır. Hər halda bu kimi olaylarda dövlət qurumları hansısa cılız qrup maraqlarına yox, mentalitetimizə söykənsəydilər daha yaxşı olardı.
Gündəm Xəbər qəzetinin redaktoru Nəsimi Şərəfxanlı: Baş verənlər nəinki hüquqa və qanuna, insanlığa sığmayan bir cinayətdir. Hər birimizi üzən faciədə söz azadlığına və jurnalistə təzyiqdən daha dəhşətlisi-
insanlıq normalarının ayaqlanması baş verdi. Bu cinayətin üstü açılmayınca və günahkarlar layiqli cəzasın almayınca dövlət öz vətəndaşının təhlükəsizliyindən danışa bilməz. Biz hər birimiz həm bir həmkar, həm də bir vətəndaş kimi Vasif Turanın yanındayıq və onun tələblərini müdafiə edirik”.

Tribuna İnformasiya Agentliyinin (Tia.az) rəhbəri Əlişir Əhəd: “Texnikanın inkişaf etdiyi bir dönəmdə bu cinayət işinin bu qədər yubadılması anlaşılan deyil. Artıq 3 ilə yaxındır ki, məsələ ilə bağlı açıan cinayət işindən bir xəbər yoxdur. 2 övladını faciəvi şəkildə itirən bir ataya ən sevindirici xəbər bu cinayətin açılmasıdır ki, o da bu xəbəri səbirsizliklə gözləyir. Digər tərəfdən cinayət işini aparan müstəntiqin bu müddət ərzində heç bir nəticəyə gəlməməsi normal göstərici deyil. Mən də digər həmkarlarım kimi bu cinayət işinin tezliklə açılmasını və cinayətkarların cəzalandırmasını istəyirəm”.

Qafqaznews.az –ın redaktor müavini, jurnalist Imran Kərimli:”Bu cür faciəvi hadisə əslində hər bir kəsin başına gələ bilər.Bu baxımdan nəinki təkcə jurnalistlər ,bütün cəmiyyət baş redaktorun övldlarının başına gətirilən bu cinayətə laqeyd qalmamalıdır.Açıq-aydın sezilir ki,hadisə ilə bağlı istintaq bilərəkdən obyektiv aparılmamışdır.Hesab edirəm bu məsələnin açılmamasında maraqlı olan insanlar var.Mən əminəm ki,əgər buna oxşar hadisə yüksək vəzifəli məmurun başına gətirilsə idi ,cinayətkar bir-iki günə tapılardı.İndi kriminalistika elmi dünyada elə inkişaf edib ki, hətta 100 il əvvəl baş vermiş adi bir cinayət hadisəsini detallarınacan müəyyən etmək olur.Bu baxımdan hadisənin əsl səbəbinin aşılmaması istintaq orqanlarının peşəkarlığının bizdə aşağı olmasından yox, cinayətkarı tapmaq istəyinin olmamsından irəli gəlir. Ancaq ümid edirəm ki,dövlətə utanc gətirən bu hadisəni törədənlər indi də olmasa , gələcəkdə,demokratik dövrdə öz cəzalarına catacaqlar”.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, hadisə dəhşət doğurucudur. “Bu, əməlli-başlı faciədir! Mən dəfələrlə vurğulamışam ki,Azərbaycan inzibati terrorun tüğyan etdiyi bir ölkədir. Bu terror ən ağır faciələri belə insanların gözündə adiləşdirməyə nail olmaq üzrədir. Hərçənd, uşaqların öldürülməsi cəmiyyət üçün adiləşməməli idi və buna qonşunun faciəsi kimi baxmaq da ən ağır cinayətlərdən biridir. Bu canilər tapılmalı və onlardan hesab sorulmalıdır. İndi bunu etmək mümkün deyilsə, nə zamansa hökmən edilməlidir. Və xüsusi olaraq vurğulayıram ki, inzibati terror qurbanlarına qarşı açılmayan bütün cinayətlərin məsuliyyəti özünü vətəndaşların təhlükəsizliyinin qarantı elan edən şəxsin üzərindədir”.
Pia.az-ın baş redaktoru Azər Qaramanlı, “Gündəm xəbər” qəzetinin redaktoru Şirin Cəfərli,”Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko, Azerinfo.org-un baş redaktoru Aqil Əsgər , Xeberci.orq-un baş redaktoru Nəsimi Zahidoğlu redaksiya ilə əlaqə saxlayaraq bu məsələdə axıracan baş redaktorun yanında olacaqlarını və ona dəstək olmalarını bildirdilər.

Geri qayıt