Əsas Səhifə > Cəmiyyət > ƏLİKRAM HÜMBƏTOVDAN DAHA BİR GƏDƏLİK
ƏLİKRAM HÜMBƏTOVDAN DAHA BİR GƏDƏLİK1-10-2013, 11:31 |
Ələkrəm Hümbətov oğlunu və gəlinini İrəvana oxumağa göndərir Bu günlərdə Ermənistanda və işğal altındakı Azərbaycan ərazilərində olan separatçı, qondarma “Talış-Muğan respublikasının prezidenti” Ələkrəm Hümbətovun yeni xain açıqlamaları yayılıb. Virtualaz.org-un xəbərinə görə Ə.Hümbətov səfərini başa vurub İrəvandan Hollandiyaya yola düşərkən erməni agentliyi “Regnum”un müxbirinə geniş müsahibə verərək Azərbaycan ərazilərini işğal altında saxlayanlara qarşı hüsn-rəğbətini ifadə edib. “Bilirsiniz, təsəvvürümə də gətirə bilməzdim ki, məni bu cür yüksək səviyyədə qəbul edəcəklər. Mən buna görə erməni hökumətinə də, artsax hökumətinə də dərin təşəkkürümü bildirirəm” deyə Hümbətov bildirib. O əlavə edib ki, özünü talış xalqı qarşısında “ömrünün sonuna qədər” borclu hesab edir. Çünki vaxtilə bu xalqın qarşısında götürdüyü öhdəliklərə axıradək əməl edə bilməyib. Ə.Hümbətov Şuşadan yayımlanan “Talışıstanın səsi” radiosuna görə ermənilərə minnətdarlıq edərək deyib ki, talışlar bu radionun köməyi ilə öz dillərini öyrənmək imkanı əldə ediblər: “Biz hər gün bu radioya qulaq asırıq, sevinirik, öz xalqımıza, mədəniyyətimizə bir daha vuruluruq. Təkcə bu radio bizə öz köklərimizə qayıtmaqda, milli kimliyimizi itirməməkdə kömək edir”. Ə.Hümbətov İrəvan Dövlət Universitetində açılmış talışşünaslıq kursunun da dünyada yeganə olduğunu bildirib, ancaq təəsüflənib ki, bu fakultədə bir nəfər də olsun talış yoxdur. “Biz bu məsələni müzakirə etdik və mən qərara gəldim ki, gənclərə nümunə göstərim, yerdə qalanları ruhlandıran addım atım. Mənim oğlum öz həyat yoldaşı ilə birlikdə gələn il İrəvan Dövlət Universitetinin iranşünaslıq fakultəsində “talışşünaslıq” ixtisası üzrə magistratura oxumağa gələcək. Ümid edirəm ki, heç bir xoşagəlməz hal bu planının həyata keçirilməsinə mane olmayacaq və mənim olum gəlinimlə birlikdə bu kursu müvəffəqiyyətlə başa vuracaq, əlavə bilik və magistr diplomu qazanacaq” deyə Hümbətov bildirib. Bədnam separatçı daha sonra deyib ki, Azərbaycan və Türkiyənin Ermənistanın monoetnik respublika olması, istənilən digər xalqa düşməncəsinə yanaşdığı barədə təbliğatı əsassızdır. Çünki Ermənistanda talış xalqının öyrənilməsinə ayrılan diqqət bunun əksini göstərir. Ə.Hümbətov Dağlıq Qarabağa səfər təəsüratları haqda danışarkən deyib ki, onun səfəri üçün ən münbit şərait yaradılmışdı. “Mən Dağlıq Qarabağ gəncləri ilə ünsiyyətdə oldum. Ən başlıcası odur ki, mən onların çox inamlı olduqlarına əmin oldum, gözlərində öz torpaqlarına sonsuz məhəbbət gördüm” deyə o bildirib. İrəvan Dövlət Universitetində “talışşünaslıq elmi”nin əsasını qoyan, Hümbətovu Ermənistana dəvət edən professir Qarnik Həsrətyan isə bədnam separatçını “güclü xarizmaya malik tarixi şəxsiyyət” adlandırıb. Bildirib ki, onun universitetdə, talışşünaslıq proqramının açılışındakı emosional çıxışı bütün audoriyanı riqqətə gətirmişdi. Həsrətyanın sözlərinə görə, Hümbətovun çıxışını dinləyən erməni gəncləri tarixi hadisənin iştirakçıları olublar. “Onilliklər keçəcək, bizim şərqşünaslar deyəcəklər ki, onlar Ələkrəm Hümbətovu öz gözləri ilə görüblər, həyatını öz xalqına həsr edən bu qeyri-adi insanla ünsiyyətdə olublar” erməni professor bildirib. Daha sonra Ə.Hümbətov vaxtilə Qarabağ müharibəsində iştirakından danışıb. Deyib ki, o Azərbaycan ordusunun sıralarında Ermənistana qarşı vuruşanda vətəndaşı olduğu ölkənin ərazi bütövlüyünü müdafiə edirdi. “Mən Azərbaycanı həmişə öz vətənim hesab etmişəm və heç vaxt fikirləşməzdim ki, özümü talış adlandırdığım üçün günlərin birində bu cür nifrətlə qarşılaşa bilərəm” o bildirib. Hümbətov deyib ki, o müharibədə iştirak edəndə Azərbaycanın talışların da vətəni olduğunu düşünürdü: “Lakin müharibənin gedişində başa düşməyə başladım ki, biz düzgün istiqamətdə getmirik. 1993-cü ildə mən demək olar ki, dayandım. Talış-Muğan respublikasını elan edəndə düşünürdük ki, bu Azərbaycanda yeni dövlətçilik nümunəsi olacaq. Talışlar onda sadəlövhcəsinə hesab edirdilər ki, ölkənin ərazi bütövlüyünü pozmadan öz müqəddəratlarını təyin etməklə başqalarına nümunə ola bilərlər”. Nəhayət erməni jurnalist Hümbətova sual edib: “Vətən üçün darıxırsınızmı?” Xain separatçının cavabı: “Bəli, çox darıxıram. Mən özüm heç yerə getməyə hazırlaşmırdım. Məni ölkədən deportasiya etdilər. Birbaşa həbsxanadan aerporta göndərdilər, vətəndaşlıqdan məhrum etdilər və sürgünə göndərdilər. Mən indiki pasportumla Azərbaycandan başqa dünyanın istənilən ölkəsinə gedə bilərəm. Acınacaqlıdır! Əgər elə bu gün vətənə getmək imkanı olsaydı mən bir saniyə də dayanmazdım. Mən Qarabağda olanda (səsi titrəyir) bir neçə dəfə beynimdə bu fikir dolaşdı ki, elə bil evdəyəm, Talışsıztandayam. Hətta sürücüdən xahiş etdim ki, məni Lənkəranla sərhədə qədər aparsın”. Geri qayıt |