Əsas Səhifə > Siyasət, Manşet > NİZAMİ XUDİYEV SDU-YA REKTOR GEDİR

NİZAMİ XUDİYEV SDU-YA REKTOR GEDİR


19-01-2012, 11:51
NİZAMİ XUDİYEV SDU-YA REKTOR GEDİR

KEÇMİŞ AZTV SƏDRİ HƏTTA HAZIRKİ REKTORA QARŞI MƏTBU KAMPANİYA DA APARIR

DİA.AZ: - Bir zamanlar Azərbaycan Dövlət Televiziyasına rəhbərlik etmiş, keçmiş millət vəkili Nizmai Xudiyev yenidən vəzifəyə getmək niyyətindədir. Bu barədə redaksiyamıza məlumatı sabiq deputatın yaxınları veriblər. Bildirilir ki, artıq bununla bağlı Nizami Xudiyev bir sıra çevrələrin razılığını da almağa müvəffəq olub.

Onu da bildirək ki, digər bir sıra sabiqlər kimi Nizami Xudiyevin də hansısa xarici ölkəyə səfir gedəcəyi haqda məlumatlar zamanında mətbuat səhifələrində yer alsa da, sonradan bu xəbərlərin heç bir əsasının olmadığı məlum oldu. İndi isə sabiq AzTV şefinin yeni vəzifə peşində olduğu bildirilir.

Mötəbər mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) daxil olan məlumata görə, Nizami Xudiyevin gözü Sumqayıt Dövlət Universitetinə düşüb. Həmin ali tədris ocağına rektor gələ bilməsi üçün Xudiyevin hətta təhsil naziri Misir Mərdanovla da anlaşdığı məlum olur.

Mənbəmiz bildirir ki, Nizami Xudiyevin hazırda Sumqayıt Dövlət Universitetinə (SDU) rəhbərlik edən Nadir Qəhrəmanovu yenə bilməsi o qədər də inandırıcı görünmür. Məlumdur ki, SDU hazırda ən çox korrupsiyalaşmış tədris ocaqlarından biri kimi ad çıxarıb. Amma buna rəğmən kimsə Nadir Əhmədova «gözün üstündə qaşın var» deməyi ağlının ucundan belə keçirmir. Hətta hakimiyyətin antikorrupsiya kampaniyasının qızğın dönəmlərində belə SDU ilə bağlı hər hansı xəfif hərəkətlənmə belə müşahidə olunmadı.

Bu faktları diqqətə çatdıran mənbəmizin bildirdiyinə görə, Nadir Qəhrəmanov təbii ki, bu baxımdan kifayət qədər arxalı hesab olunur: «Amma Nizami Xudiyev də zamanında böyük əlaqələrə malik olub və həmin imkanlarını indi rahatlıqla işə salmaqdadır. Onun rektorluğa daşınmsı zor görünsə də, imkaansız da deyil».

Onu da bildirək ki, son zamanlar SDU ilə bağlı kamparamat xarakterli faktlar davamlı olaraq mətbuata ötürülməkdədir ki, bu işlərin də arxasında birbaşa olaraq Xudiyevin dayanması ehtimal olunur.

Mövzu diqqətimizdədir…


Geri qayıt