Əsas Səhifə > Dünya > SEPAH-DAN ABŞ VƏ BRİTANİYAYA MARAQLI TƏKLİF

SEPAH-DAN ABŞ VƏ BRİTANİYAYA MARAQLI TƏKLİF


19-01-2012, 12:22
SEPAH-DAN ABŞ VƏ BRİTANİYAYA MARAQLI TƏKLİF

“NARAHATSINIZSA, BÖLGƏNİ TƏRK EDİN”

“ABŞ prezidenti Barak Obama İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyiyə göndərdiyi məktubda Fars körfəzinin təhlükəsizliyini təmin etmək səlahiyyətinin ölkəsinin əlində olduğunu göstərməyə çalışıb. Halbuki İran Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyini təmin edən əsas səlahiyyət sahibidir”.

APA-nın məlumatına görə, bu fikirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü, sabiq prezidentliyə namizəd, general Möhsün Rzayi bildirib. Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya həqiqətən Fars körfəzinin təhlükəsizliyini düşünürlərsə, bölgəni tərk etməlidirlər: “İran bölgə ölkələrinin birgə əməkdaşlığı ilə Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər, bu məsələdə xarici ölkələrin müdaxiləsinə ehtiyac yoxdur”.


Geri qayıt