Əsas Səhifə > Şou-biznes > "İTALİYAYA İKİ AYLIQ KURSA GETMİŞDİM”

"İTALİYAYA İKİ AYLIQ KURSA GETMİŞDİM”


19-01-2012, 12:27
"İTALİYAYA İKİ AYLIQ KURSA GETMİŞDİM”

SEVDA ƏLKBƏRZADƏNİ NƏLƏR CƏLB EDİR?

Əməkdar artist Sevda Ələkbərzadə xarici səfərləri çox sevir.

Yaradıcılığı ona bu imkanı yetirəncə qazandırır. Amma onun vaxt məhdudiyyəti səfərin dadını çıxarmağa imkan vermir. Əksər ölkələri dəfələrlə dolaşan sənətçi Milli.Az-a dedi ki, yalnız İtaliya səfərini bu nöqteyi-nəzərdən dəyərləndirə bilib:

"İtaliyaya iki aylıq kursa getmişdim. Bu zaman mənə dərsdən sonra gəzib-dolanmağa imkan verildi. Qeyd edim ki, İtaliya hər zaman arzuladığım və getmək istədiyim ölkə olub. Əgər bu qış ayında mənə səfər üçün ölkə seçmək şansı verilsəydi, düşünmədən İtaliyanı seçərdim. Təəssüf ki, hazırda studiya həllini gözləyən mahnılarım buna mane olur".

Müğənni qeyd edir ki, Avropa ilə yanaşı, Amerikanı dolaşmağı çox istəyir. Yaradıcılıq məqsədi ilə səfərdə olduğu bu qitələrə Sevda Ələkbərzadə oraları yaxından tanımaq məqsədi ilə getməyi arzu edir:

"Amerikaya getmək şansım çox olub. Amma konsertlərim buna imkan vermədi. Bacım Elmira uzun müddət Amerikada yaşayıb. Dəfələrlə məni yanına çağırırdı. Nə qədər çalışdımsa, işlərimi atıb gedə bilmədim".

Sevda xanımı səfərlərdə özünə cəlb edən muzeylər olur. İnsanlar adətən səfərlərdə şəxsi əşyalar almağa, qarderob təzələməqə üstünlük verdikləri halda, Sevda vaxtını muzey ekskursiyasına həsr edir. Onun sonuncu Moskva səfəri də bu cür yadda qalıb.


Geri qayıt