Əsas Səhifə > Güney Press, Araşdırma > FƏRHAD ƏLİYEVİN AİLƏSİ SEVİNƏ BİLƏCƏKMİ?

FƏRHAD ƏLİYEVİN AİLƏSİ SEVİNƏ BİLƏCƏKMİ?


2-10-2013, 12:32
FƏRHAD ƏLİYEVİN AİLƏSİ SEVİNƏ BİLƏCƏKMİ?
Son günlər Azərbaycan prezidenti tərəfindən əfv fərmanının veriləcəyinə dair məlumatlar yayılsa da məhbusların azadlığa çıxacağı vaxt dəqiq məlum deyil. Dilarə Əiyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Avropa.info-ya açıqlamasında belə bir fərmanın çox güman ki, prezident seçkilərindən sonra, Qurban bayramında veriləcəyini deyib: "Həm məhbuslar, həm də Monitorinq Qrupu bunu gözləyirik. Amma bu fərmanın verilməsi daha çox Əfv Komissiyasından və prezidentin səlahiyyətindən asılıdır. Biz sadəcə olaraq, Monitorinq Qrupu olaraq, onların azadlığa buraxılmasnın vacibliyini bildirmişik". " Həbsdə saxlanılan gənc fəalların azadlığa çıxması gözlənilirmi" sualına cavabında Novella Cəfəroğlu bildirib ki, həmin gənclərin hələ məhkəməsi olmayıb. Ona görə də bu barədə konkret nə isə söyləmək mümkün deyil: "Lakin Monitorinq Qrupu hesab edir ki, cənab prezident humanistlik nümayiş etdirərək həmin gəncləri də azad edəcək". Hüquq müdafiəçisi siyasi məhbusların, o cümlədən sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev və "Azpetrol"un sabiq rəisi Rafiq Əliyevin də qurban bayramında azadlığa çıxacağını istisna etmədi. Xatırladaq ki, Əli İnsanovun azadlığa buraxılması barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. Fərhad Əliyev və Rafiq Əliyev isə əfv ərizəsi yazıblar: "Mən əminəm ki, sabiq nazirlər də əfx fərmanına düşəcəklər. Amma bunun nə dərəcədə real olacağını seçkidən sonra biləcəyik"- N. Cəfəroğlu deyib.
Geri qayıt