Əsas Səhifə > Sosial, Manşet > VAQİF AXUNDOVLA BAĞLI QƏTİ QƏRAR VERİLİB

VAQİF AXUNDOVLA BAĞLI QƏTİ QƏRAR VERİLİB


2-10-2013, 12:52
VAQİF AXUNDOVLA BAĞLI QƏTİ QƏRAR VERİLİB
BU İLİN SONLARINA QƏDƏR XDMX RƏHBƏRLİYİNDƏ DƏYİŞİKLİK OLACAQ

DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidmətiin rəisi Vaqif Axundovun vəzifəsindən alınacağı ilə bağlı aylar əvvəl məlumat yayılsa da, sonradan bu məlumatlar dolayı yollarla təkzib olundu. Bildirilirdi ki, aralarındakı ədavətə baxmayaraq XDMX rəisi Vaqif Axundov XDMX-nin rəis müavini, prezidentin mühafizə xidmətinin rəisi general Bəylər Əyyubovla aralarındakı nifaqın sülhlə bitməsinə nail ola bilib.

DİA.AZ-a bu yöndən daxil olan məlumatlardan aydın olur ki, Vaqif Axundov əslində üzləşdiy problemi çözə bilməyib, sadəcə olaraq aradakı hüsumat bir qədər səngiyib. «Amma vəziyyət dəyişə bilər» deyən məlumatlı mənbə iddia edir ki, prezident seçkilərindən sonra bu məsələyə yenidən qayıdılacaq:

«Vaqif Axundov artıq kifayət qədər mediatik fiqura çevrildiyindən əslində dövlət başçısının təhlükəsizliyi, həmçinin xüsusi dövlət obyektlərinin qorunması ilə məşğul olmalı olan bir təşkilat rəhbəri kriteriyalarına cavab vermiş hesab olunmur. Bu kimi hallarda operativ olaraq kadr dəyişikliyinə gedilir. Eyni zamanda Vaqif Axundovun xüsusi dövləti missiyasını şəxsi maraqlarının ifadə meydanına çevirməsi və bu əsnada qohumlarına və özünə iqtisadi imkanlar yaratması faktiki olaraq ondan imtinanı qanuniləşdirir».

Mənbəmizə görə, «bəlkə də indiki situasiyada, yəni fərqli idarəetmə şəraitində Vaqif Axundov kimi kadrlardan imtina olunmur» kimi təəssüratlar geniş yayılsa da, realda bu belə deyil: «Hər halda, kimsə heç bir zaman avtomatdan güllə ata bilməyən adamı silahlandırmaz və ona güllə atmaq tapşırığını verməz. Yəni bu kimi hallara xüsusi fərqli yanaşmalar mövcuddur».

Məhz bu baxımdan artıq Vaqif Axundovla vidalaşma zamanının yetişdiyini bildirən mənbəmiz onu da əlavə etdi ki, prezident seçkilərindən sonra, ən uzağı dekabr ayına qədər bu dəyişikliyin gerçəkləşməsi gözlənilir.

Geri qayıt