Əsas Səhifə > Şou-biznes > “BUNUN DƏYİŞMƏKLƏ NƏ ƏLAQƏSİ VAR?”

“BUNUN DƏYİŞMƏKLƏ NƏ ƏLAQƏSİ VAR?”


19-01-2012, 13:03
“BUNUN DƏYİŞMƏKLƏ NƏ ƏLAQƏSİ VAR?”

“MƏN ELƏ QARABAĞLIYAM VƏ BELƏ DƏ QALACAM”

Uzun illərdir ailəsi ilə Türkiyədə yaşayan və Bakıya sıx səfərlər edən Azəri Günel hər gün Türkiyə türkcəsində danışan insanlarla sıx ünsiyyətdə olur.

Qeyd edək ki, Türkiyədə yaşayan azərbaycanlılardan bəziləri, xüsusi ilə ictimaiyyətə açıq olanlarının ləhcəsində türk sözləri açıq-aşkar hiss edilir. Lakin Günel türk ləhcəsində mükəmməl danışa bilsə də, Azərbaycana gələndə ana dilimizdə səlis danışır. Hətta qohum-əqrabalarla Qarabağ ləhcəsi ilə ünsiyyət yaradır.

Müğənni Milli.Az-a deyir ki, bəzi insanlar onun dəyişdiyini və ağdamlı olduğunu xatırlatmağa çalışırlar.

"Onlara sözüm budur ki, bunun dəyişməklə nə əlaqəsi var? Mən elə qarabağlıyam və belə də qalacam, dəyişən heç nə yoxdur. Bəzi insanlar narahat olmasınlar".

Xatırladaq ki, Günel gələn ay Bakıya gələcək. Onun bir sıra tədbirlərdə iştirakı gözlənilir.


Geri qayıt