Əsas Səhifə > Cəmiyyət, Manşet > “ANT İNŞAAT” OĞURLADIĞI PULLARI NECƏ YUYUR?
“ANT İNŞAAT” OĞURLADIĞI PULLARI NECƏ YUYUR?2-10-2013, 16:19 |
DEYİRLƏR, SEÇKİYƏ XƏRCİMİZ ÇIXIB... DİA.AZ: - Artıq vətəndaşların hansısa tikinti şirkətinə etimadı qalmayıb, desək yanılmarıq. Hətta bu gün çox ciddi imicə malik olan inşaat firmalarının da Adı fırıldaqçı kimi hallanmaqdadır. Dövlətin müvafiq qurumlarının sözügedən sahədə ciddi nəzarətinin olmaması və yaxud da nəzarət imkanlarının məhdud olması günü-gündən fırıldaq üzündən əziyyət çəkən vətəndaşların sırasını daha da genişləndirib. Bu dəfə vaətəndaşlar dünənə qədər samballı bir inşaat firması kimi tanıdığımız «ANT Group»un fırıldağı ilə üz-üzə qalıblar. Xatırladqaq ki, bu barədə DİA.AZ olaraq əvvəllər də məlumat vermişdik. Amma nədənsə qurumdan məsələ ilə bağlı dolğun izahat verilmədi, əksinə məsələni siyasiləşdirməyə çalışdılar. Bildirək ki, neçə müddətdir hətta dövlətin bir sıra layihələrinin icraçısı kimi tanınan «ANT Group» bu günə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Gənclik Korpusu, Badamdardakı maşın bazarı, Qazax rayonundakı Olimpiya Kompleksi və Zabratdakı təcridxana kimi mühüm obyektlərin inşasını da həyata keçirib. Yəni bu şirkətlər qrupunun nəhayətdə öz müştərilərinə fırıldaq gələcəyi heç də gözlənilən deyildi. DİA.AZ-a müraciət edən bir qrup şikayətçi bildirir ki, beş il əvvəl onlar etibarlı inşaat firması olaraq «ANT-İnşaat»a müraciət edirlər və Yasamal rayonu ərazisində tikilməsi planlaşdırılan 14 mərtəbəli yaşayış binasından ev almaq niyyətlərini açıqlayırlar: «Şirkətdən bizə bildirdilər ki, ən geci 2 il ərzində bizlər evimizin təmirinə başlaya biləcəyik. Hər birimiz 5-6 min manat məbləğində vəsait ödədik ki, nəhayətdə ev sahibi olacağıq. Amma sanki şirkət yetkililəri bunu gözləyirmiş. Pulu ödəməyimizə baxmayaraq, 4 ildir ki, evdən xəbər yoxdur. Yaşamalı olduğumuz yer hələ də inşaat meydançasıdır». 60-a yaxın ailənin bu şəkildə aldadıldığını bildirən şikayətçilərin sözlərinə görə, onlar «ANT» İnşaatın rəhbərliyinə də müraciət ediblər: «Amma heç bir xeyri yoxdur. Şirkətin prezidenti Azad İbrahimovun da qəbulunda olmuşuq. Amma o da bizə ürəkaçan heç nə deməyib». Onu da bildirək ki, ANT İnşaatın rəhbərliyi son zamanlar siyasi aktiblik nümayiş etdirir və durur-durmaza müxalifəti təhqir edir. Sanki bununla onlar xalqı aldatmaları üçün fürsət əldə etmiş olurlar. Şikayətçilərin DİA.AZ-a bildirdiyinə görə, hətta “ANT-İnşaat”ın nümayəndəsi onlara “hara şikayət edirsiniz edin, biz seçkiyə pul xərcləyirik, kimsə sizə inanmaz” deyərək arxayınçılıqlarını da nümayiş etdirib. Geri qayıt |