Əsas Səhifə > Siyasət, Manşet > «ANTİNAMAZ» KAMPANİYASININ ŞOK PƏRDƏARXASI

«ANTİNAMAZ» KAMPANİYASININ ŞOK PƏRDƏARXASI


19-01-2012, 13:28
«ANTİNAMAZ» KAMPANİYASININ ŞOK PƏRDƏARXASI

İRAN AGENTURASI MƏMURLARIMIZI «VEREBOVAT» ETMƏK NİYYƏTİNDƏDİR

DİA.AZ: - Neçə gündür ki, ayrı-ayrı dövlət orqanlarında məmurların namaz qılmalarına qadağanın qoyulması ilə bağlı məlumatlar yayılmaqdadır. Bildirək ki, ilk addım Bakı şəhər icra hakimiyyəti tərəfindən atıldı. Belə ki, Bakı meri Hacıbala Abutalıbov inanclı işçilərinə məzhəbindən asılı olmayaraq namaz qılmağı qadağan etdi.

Bunun ardından gələn məlumatlardan aydın oldu ki, verilən qərar yalnıx BŞİH-in hüdudları ilə məhdudlaşmırmış və digər dövlət orqanlarında da, hətta Prezident Administrasiyasında da çalışanlara namaz qadağası qoyulub. Dünən də Gəncə şəhərində ica başçısı Elmar Vəliyevin sözügedən «antinamaz» kampaniyasına qoşulması barədə məlumatlar yayıldı.

Bu gün isə bütün bu olayların səbəbsiz olmadığı barədə redaksiyamıza ilginc faktlar ötürülüb. Hökumət içindəki mötəbər mənbədən «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) verilən xəbərdən aydın olur ki, əslində məmurların din məsələsində münasibətləri Azərbaycan dövləti üçün xüsui əhəmiyyət daşıyır. Buna səbəbsə Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən xarici kəşfiyyat strukturları tərəfindən ötürülən bir məlumat olub.

Bu barədə mənbənin söylədikləri: «Məlum olur ki, İran son günlər Azərbaycanda çox ciddi kəşfiyyat işləri həyata keçirir. Hətta fars-molla rejimi Azərbaycanda məmurlara da nüfuz etməyə çalışır, məmur korpusu arasında da özünə ciddi dayaqlar formalaşdırmaq niyyətindədir».

Qeyd edək ki, məşhur «Vikilliks» təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə də İran agenturasının Azərbaycandakı dayaqlarının möhkəmliyi xüsusi olaraq vurğulanırdı. Həmin sənədlərdən aydın olurdu ki, bu gün molla rejimi əsasən iqtisadi rıçaqları ələ keçirməklə məşğuldur. Bank sektorunda və özəl biznesdə ciddi şəkildə möhkəmlənən İran agenturası eyni zamanda Azərbaycanın Dövlət Gömrük komitəsində də cidi dayaqlara malikdir. Hətta bu faktlar dəfələrlə yerli mətbuat tərəfindən ictimailəşsə də, nədənsə dövlətimizin müvafiq qurumları bu məsələ ilə bağlı daha çox sükutları və bir də hərəkətsizlikləri ilə diqqətə gəldilər. Bu isə «Vikiliks»də açıqlanan faktların həqiqiliyini bir daha təsdiqləmiş oldu. Çünki həmin sənədlərdə vurğulanırdı ki, fars agenturası Azərbaycan banklarında əsasən İrandan ötürülən çirkli pulların yuyulmasını həyata keçirir və bu işdə Azərbaycanın gömrük sistemindəki dayaqlarının gücündən də yararlanır.

Bununla yanaşı, İran agenturasının çox nüfuzlu simalarından birinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsi ilə sıx ilişgidə olması faktı da mətbuata yol tapdı. Həmin faktlardan aydın olurdu ki FHN şefinin müavinlərindən biri İranın İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq generallarından biri ilə ortaqdır. Eyni zamanda nəqliyyat naziri Ziya Məmmədovun da həmin quruma yaxın çevrələrlə iş ortaqlığına, hətta azərbaycanda inşa edilən 8 magistral yolun İrana aid şübhəli çevrələrə verildiyi də məlum oldu.

Təbii ki, bu faktlar əslində, rəsmi Bakı üçün çox mühüm və ciddi həyəcan siqnalı əhəmiyyətini daşımalı idi. Amma bizimkilər bu mövzuda nədənsə tələsmədilər və son olaraq xarici kəşfiyyat orqanları tərəfindən ötürülən məlumatların hesabına ayılmış kimi görünsələr də, iri akulaları qoyub, xırda balıqların ovuna çıxıblar. Hər halda, hansısa icra strukturunda inancı məmura namaz qadağasının qoyulması heç də İran agenturasının Azərbaycan məmurları ilə bağlı planlarının qarşısının alınması üçün yetərli deyil.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Azərbaycanın xüsusi xidmət orqanlarına ötürülən məlumatlarda bildirilir ki, İran agenturası məmurlarımızla bağlı fəaliyyətə keçib: «İlk əvvəl inanclı məmurlara həmlələr ediləcək və pul gücünə onların fars agenturası üçün çalışmasına nail olunacaq. Daha sonra isə digər mühüm postları tutan məmurlarımızın da «verebovat» olunması üçün çabalar sərf ediləcək».

Məhz bu xəbərə görə, dövlət idarələrində namaza qadağanın qoyulduğunu bildirən mənbəmiz vurğuladı ki, əslində rəsmi Bakının bu gedişləri İran agenturasının məlum niyyətinin əngəllənməsi üçün heç də yetərli və gərəkən addı hesab oluna bilməz: «Gərək başdakı təhlükəli məqamları zərərsizləşdirsinlər. Hər halda, Ziya Məmməov, Kəmaləddin Heydərov kimi oliqarx-məmurlar iranlı ortaqlarından imtina etmirlərsə, o zaman fars agenturasının niyyətinin qarşısının alınması çətin olacaq».

Məsələ ilə bağlı araşdırmalarımız davam edir…


Geri qayıt